AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Sizin liderliyiniz ilə yeni dövrə qədəm qoyduğu bir vaxtda, mən ümid edirəm ki, ölkəniz güclü demokratiyaya, iqtisadi firavanlığa və vətəndaş cəmiyyətinə doğru inkişafını davam etdirəcəkdir.
Bildiyiniz kimi, Cənubi Qafqaz və Xəzər bölgəsində regional sabitlik, enerji mənbələri, ixrac marşrutlarının təhlükəsizliyi və çoxşaxəliliyi həm Sizin ölkə, həm qonşularınız, həm də bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. ABŞ-Azərbaycan Ticarət və Kommersiya Palatasındakı son çıxışım zamanı mən ABŞ-Azərbaycan əməkdaşlığının bütün sahələrdə artdığını və dərinləşdiyini məmnuniyyətlə bildirmişəm. Mən Azərbaycanı Birləşmiş Ştatların vacib dostu hesab edirəm və bazar iqtisadiyyatının, demokratik islahatların dəstəklənməsi sahəsində səyləri davam etdirəcəyəm.
Mən Milli Məclislə daha sıx əməkdaşlığa da ümidlə baxır və bu əlaqələri iki ölkə arasında işbirliyini daha da artıracaq vasitə hesab edirəm. İnanıram ki, iki qanunverici orqan arasında əlaqələri gücləndirməklə biz ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcəyik.
Mənim səylərimə dəstək verdiyinizə görə sağ olun və ümid edirəm ki, gələcəkdə Sizinlə və həmkarlarınızla əməkdaşlıq edəcəyik.
Səmimiyyətlə,
Kurt Ueldon,
ABŞ Konqresinin üzvü
27 oktyabr 2003-cü il.