“Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” monoqrafiyası çapdan çıxıb
Bakı, 28 noyabr, AZƏRTAC
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi iqtisad üzrə fəlsəfə doktoru Sulduz Səlimovun “Azərbaycan Respublikasının ekoloji göstəricilərinin müqayisəli təhlili və qiymətləndirilməsi” kitabı çap olunub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib.
İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Əli Nuriyev, rəyçiləri professor Vahid Abbasov, iqtisadiyyat elmləri doktorları Yaşar Məmmədov və Seyfəddin Səməndərovdur.
Monoqrafiyada Azərbaycan Respublikasının ekoloji və ətraf mühit göstəriciləri sistemi Ekoloji Effektivlik İndeksi və BMT Davamlı İnkışaf Metodologiyasına əsasən araşdırılıb. Digər dövlətlərlə müqayisə edilərək ekoloji göstəricilərin yaxşılaşdırılması üçün təklif və tövsiyələr irəli sürülüb.
Monoqrafiya elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri, iqtisadiyyat və ətraf mühit sahəsində məşğul olan mütəxəssislər, tələbələr üçün nəzərdə tutulub.