Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab Heydər Əliyevə
Zati-aliləri Prezident Əliyev,
Mən bu gün böyük məmnuniyyət hissi ilə Sizə öz səmimi salamlarımı çatdırır və “Neftçilər ğünü” münasibətilə Sizi təbrik edirəm.
Bizim şirkətimiz Sizin rəhbərliyinizlə həyata keçirilən müdrik siyasət sayəsində Azərbaycanın neft sənayesinin inkişafı prosesində iştirak edir və Azərbaycan neftçilərinin bacarıq və qabiliyyətlərini son dərəcə yüksək qiymətləndirir. Neft ehtiyatlarının kəşfi və hasilatı sahəsində dünyanın önündə gedən bu ölkə neft sənayesi tariximizə bir çox töhfələr vermiş və çoxlu dönüşlər yaratmışdır. Biz bu nailiyyətlərə görə Sizi, hökümət rəhbərlərini, ARDNŞ-ı və Azərbaycan neftçilərini təbrik edirik.
20 sentyabr həm də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsi üzrə müqavilənin Sizin rəhbərliyiniz altında imzalanmasının ildönümüdür. Hazırda bu layihənin birinci mərhələsinin işlənməsinin təsdiq edilməsi, Azərbaycan neft sektorunun Sizin rəhbərliyinizlə həyata keçirilən inkişafının son dərəcə mühüm ifadəsidir. “Ekson-Mobil” şirkəti bu layihənin iştirakçısı kimi onun gələcək inkişafını böyük məmnuniyyət hissi ilə dəstəkləyir.
Bu bayram münasibətilə bizim səmimi təbriklərimizi və gələcək bir çox illər boyu rəhbərlik fəaliyyətinizdə ən xoş arzulaımızı qəbul etməyinizi xahiş edirik.
Hörmətlə,
K.T.Kuns
“Ekson-Mobil” şirkətinin prezidenti
Hyuston, 20 sentyabr 2001-ci il
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2025 [21:20]
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb VİDEO
- 20.05.2025 [13:36]