Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Cənab Heydər Əliyevə
Zati-aliləri,
20 sentyabrda “Neftçilər günü”nün bayram elan etdiyinizi eşidən kimi, belə bir gözəl qərarı qəbul etməyiniz münasibətilə Sizi təbrik etmək istədim.
Bu milli bayram hələ X1X əsrin ortalarından Azərbaycanın çiçəklənən neft-qaz fəaliyyətinin mərkəzində durduğu vaxtdan ölkənizin inkişafı və tərəqqisi yolunda neft sənayesinin xüsusi rol oynadığını bildirir. Mən də fəxr edirəm ki, möhkəm əsaslarla və yaxşı təsis edilmiş “ENİ” şirkətlər qrupu öz yeni texnologiyası və məxsusi biliklərini, texnoloji avadanlığını, maliyyə vəsaitlərini təqdim etməklə, eləcə də bacarıqlı işçi heyəti ilə Azərbaycan Respublikasının neft və qaz ehtiyatlarının işlənilməsinə öz töhfəsini vermişdir.
Bununla belə, “ENİ” şirkətinin Azərbaycanda fəaliyyəti təkcə neft işgüzarlığı ilə əlaqəli olmayıb, həm də yerli birliklərin firavan həyat tərzinin və rifah halının yaxşılaşdırılmasına yönəlmiş sosial və ictimai-faydalı layihələrin həyata keçirilməsi ilə də bağlıdır. Əslində, yerli əhalinin mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmaq, onların əsas tələblərinə cavab vermək və bununla yanaşı, yaxın və dostcasına münasibətlər yaratmaq “ENİ” şirkətinin başlıca məqsədlərindəndir.
Sizə “Neftçilər günü” münasibətilə daha parlaq müvəffəqiyyətlər arzulayıram. Səmərəli nəticələr ümidi və tezliklə Sizinlə görüşmək istəyi ilə,
Səmimiyyətlə,
Vittorio Minkato,
“ENİ”-nin İcraedici direktoru
Roma, 14 sentyabr 2001-ci il