AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin Azərbaycan Respublikası Prezidentinin seçkilərində əldə etdiyiniz əsrarəngiz qələbənin qəlbimizdə oyatdığı sevinc hisslərini izhar etmək üçün söz tapmaq çətindir.
Əminik ki, bu, Sizin Azərbaycan xalqının tərəqqisi uğrunda qazanacağınız qələbələr silsiləsində yalnız birincisidir.
Ürəkdən arzulayırıq ki, Azərbaycan xalqı Sizin rəhbərliyiniz altında dünya ictimaiyyətinin ayrılmaz bir hissəsinə, Azərbaycan isə dünyanın ən çox inkişaf etmiş ölkələrindən birinə çevrilsin.
İcazə verin, Sizə və Azərbaycan xalqına bəslədiyimiz ən səmimi və dost münasibətlərimizə Sizi bir daha əmin edək, bundan sonra da Azərbaycanda sərmayə fəaliyyətimizi davam etdirməyə hazır olduğumuzu bildirək.
Ən xoş arzularla,
Villem Vant”Vout,
“Fondel” şirkətinin prezidenti və Direktorlar şurasının sədri
Rotterdam, 31 oktyabr 2003-cü il.