AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qardaş Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamağınıza həsr olunmuş təntənəli mərasimi televiziyadan böyük bir diqqət və təqdirlə izlədim.
Etdiyiniz çıxışda böyük insan cənab Heydər Əliyevin başladığı siyasəti davam etdirəcəyinizi bildirməyinizdən, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin inkişaf etdirilməsi üçün fəaliyyət əzminizdən böyük həyəcan duydum.
Prezidentliyinizin Azərbaycana, türk dünyasına və bütün bəşəriyyətə xeyirlər və uğurlar gətirməsi diləyi ilə Bilkənd Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.
professor Əli Doğramacı
Bilkənd Universitetinin rektoru
3 noyabr 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [11:01]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 08.08.2026 [19:17]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]