AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində seçicilərin 76,84 faiz səsini qazanaraq qələbə çalmağınız barədə xəbəri böyük sevinc hissi ilə aldım.
Zati-alilərinizi inamlı qələbə və 2003-cü ilin 31 oktyabr tarixindən etibarən, eyni zamanda, müqəddəs Ramazan ayının ilk günlərində Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra etməyə başlamağınız münasibətilə təbrik edirəm.
Allahdan Sizə işlərinizdə müvəffəqiyyətlər və xalqınızla birgə bütün arzularınızın həyata keçməsini diləyirəm.
Zati-alilərinizə hörmətlə,
Qardaşınız
Sultan bin Məhəmməd əl-Qasımi,
Sarça Əmirliyinin Hökmdarı