AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti vəzifəsini yerinə yetirməyə başlamağınız münasibətilə mən böyük məmnuniyyətlə Zati-alinizə ürəkdən gələn səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm. Həm də ümid edirəm ki, xalqınızın firavanlığı və zəfəri naminə gördüyünüz bütün işlərdə uğur və bəxt Sizi müşayiət edəcəkdir. Mən qadir Allaha dua edirəm ki, Sizə yaxşı səhhət və xoşbəxtlik bəxş etsin. Həm də ümid edirəm ki, Əlahəzrət şeyx Zayid bin Sultan Al Nəhyanın və Sizin müdrik rəhbərliyinizlə xalqlarımız və ölkələrimiz arasındakı mövcud möhkəm münasibətlər daha da artacaq və irəli gedəcəkdir.
Zati-aliləri, xahiş edirəm mənim səmimi hörmət hisslərimi qəbul edəsiniz.
Xəlifə bin Zayid Al Nəhyan,
Əbu Dabinin taclı Şahzadəsi,
BƏƏ Hərbi Qüvvələri Ali Baş
Komandanının müavini
3 noyabr, 2003-cü il.