AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Şəxsən öz adımdan və Əlcəzair xalqı adından Sizə vaxtında təbrik məktubu göndərmək üçün əlimə xoş imkan düşmüşdür.
Səmimi təbriklərimizi qəbul edin. Sizə gələcək nəcib işinizdə böyük uğurlar arzulayırıq.
Sizi əmin etmək istəyirik ki, ikitərəfli münasibətlərimizi genişləndirməyi və gücləndirməyi, ictimai maraq məsələlərində ölkələrimiz arasında dialoqa və razılığa təkan verməyi çox istəyirik.
Sizi bir daha təbrik edirəm, qardaş Azərbaycan xalqının rifahı naminə işinizdə Sizə uğurlar arzulayıram.
Əminəm ki, Sizin rəhbərliyiniz sayəsində Azərbaycan yaxın gələcəkdə böyük nəticələrə nail olacaqdır.
Fürsətdən istifadə edərək, Sizə böyük hörmət bəslədiyimə əmin etmək istəyirəm.
Əbdüləziz Buteflika,
Əlcəzair Xalq Demokratik Respublikasının
Prezidenti