AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının Zati-alilərinizə göstərdiyi etimad əsasında Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram. Əminəm ki, Zati-alinizdəki müdriklik və təcrübə Azərbaycan xalqının tərəqqiyə və inkişafa bəslədiyi ümidlərin doğrulmasına imkan yaradacaqdır.
Azərbaycan Respublikası ilə İslam Konfransı Təşkilatı arasındakı möhkəm əlaqələrə yüksək qiymət verməkdən qürur hissi keçirirəm. Zati-alinizi əmin etmək istərdim ki, bütövlükdə İslam ümmətinin maraqlarına xidmət edən bu əlaqələrin daha da inkişaf etdirilməsi yolunda səylərimi əsirgəməyəcəyəm.
İslam Konfransı Təşkilatı tamamilə əmindir ki, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan İslam ümmətinin haqq işini dəstəkləməsini davam etdirəcəkdir.
Allah-Təaladan qüdrətli Vətəninizə xidmət kimi nəcib fəaliyyətinizdə uğurlar diləyirəm.
Ən yüksək ehtiramım barədə zəmanətimi qəbul etməyinizi xahiş edirəm.
doktor Əbdülvahid Bilqəziz,
İslam Konfransı Təşkilatının
Baş katibi.
Ciddə, 1 noyabr 2003-cü il.