AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Zati-alinizin Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə İordaniya Haşimi Krallığının xalqı və hökuməti mənə qoşularaq ən səmimi təbrikləri Zati-alinizə yetirir. Mən Sizə ən sağlam səhhət, yeni vəzifənizdə uğur, Azərbaycan hökuməti və xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
II Abdullah,
İordaniya Kralı.
18 noyabr 2003-cü il.