AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.
Azərbaycan xalqının hər zaman yanında olan xalqımız və hökumətimiz Azərbaycanın bu kədərli anında qardaşlarımızın dərdinə səmim qəlbdən şərik çıxır.
Mərhum Heydər Əliyevə Allahdan rəhmət, Azərbaycan xalqı başda olmaqla bütün Türk dünyasına və ailənizə şəxsən öz adımdan və hökumətim adından ən dərin hisslərlə başsağlığı verirəm.
Rəcəb Tayyib Ərdoğan,
Türkiyə Respublikasının Baş naziri
13 dekabr 2003-cü il.