AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu hüznlü anlarda atanızın – Azərbaycanın uzun illər lideri olmuş görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərin kədər hissi keçirirəm. Öz xalqının böyük oğlu, XX yüzilliyin ən parlaq siyasi xadimlərindən biri, müdrik və uzaqgörən bir insan həyatdan getmişdir.
Bu, təkcə onun sədaqətlə xidmət etdiyi Azərbaycan və Azərbaycan xalqı üçün deyil, həm də bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir.
İcazə verin, Sizə və xanımınıza ailəmiz adından dərin hüznlə başsağlığı verim.
Dərin hörmətlə,
Sergey Orconikidze
BMT Baş katibinin müavini, BMT-nin
Cenevrə bölməsinin baş direktoru
15 dekabr 2003-cü il.