RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının müstəqilliyinin 15-ci ildönümü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.
Uğurla aparılan xarici və daxili siyasət sayəsində bu gün Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malikdir, sabitlik və firavanlıq ölkəsi kimi təsdiqlənir, müstəqilliyin və demokratik dəyişikliklərin möhkəmləndirilməsi yolu ilə inamla gedir.
Dövlətlərimiz arasındakı qardaşcasına dostluğun və əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, bu yaxınlarda Bakıya səfərim zamanı konstruktiv və açıq dialoqa görə Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Bu səfər ikitərəfli əlaqələrin, beynəlxalq siyasətin və regional əməkdaşlığın ümdə məsələlərində Ukrayna ilə Azərbaycanın mövqelərinin yaxınlığını təsdiq etdi.
Qəti əminəm ki, ölkələrimiz arasındakı ənənəvi səmimi və mehriban münasibətlər etimad və qarşılıqlı dəstək əsasında bundan sonra da uğurla inkişaf edəcəkdir.
Hörmətli dost, fürsətdən istifadə edərək, Sizə xoşbəxtlik, möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram.
Dərin hörmətlə və ən xoş arzularla,
Səmimiyyətlə,
Viktor Yuşşenko
Ukrayna Prezidenti