AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.
Əminəm ki, ölkənizin demokratik inkişafının təməli onun uğurlarını ildən-ilə artıraraq, Azərbaycan xalqının həyatının daha da yaxşılaşmasını təmin edəcək və dövlətin beynəlxalq aləmdə mövqelərini möhkəmləndirəcəkdir.
İnanıram ki, Moldova və Azərbaycan xalqları arasındakı ənənəvi mehriban dostluq münasibətləri genişlənəcək və möhkəmlənəcək, ölkələrimizin çoxtərəfli və qarşılıqlı surətdə faydalı əməkdaşlığı üçün möhkəm baza yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və yüksək dövləti vəzifənizdə yeni-yeni uğurlar, bütün Azərbaycan xalqına isə sülh, həmrəylik və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Voronin
Moldova Respublikasının Prezidenti