AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
18 oktyabr – Dövlətinizin müstəqilliyi günü münasibətilə Amerika xalqı adından Sizə və bütün Azərbaycan xalqına təbriklərimi çatdırıram.
Amerika Birləşmiş Ştatları güclü, firavan və demokratik dövlət quruculuğu sahəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan hökuməti və xalqının səylərini dəstəkləmək üçün əzmlə çalışır.
İraq, Əfqanıstan və Kosovo xalqlarına hökumətinizin göstərdiyi dəstəyə görə Sizə təşəkkür edirəm. Biz ölkənizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyi töhfələri çox yüksək qiymətləndiririk.
Mən islahatlar, enerji və təhlükəsizlik sahəsində hökumətlərimiz arasında yüksək səviyyəli əməkdaşlığın və dostluğun möhkəmləndirilməsinin tərəfdarıyam.
Səmimiyyətlə,
Corc U.Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti