AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ramazan bayramı münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi yetirirəm. Bu bayram bizim hamımıza bir daha dini ayinlərimizi yerinə yetirməyimizə və ehtiyacı olan insanlara qayğı göstərməyimizə imkan yaradır.
Birləşmiş Ştatlar siyasi və iqtisadi təsisatlarını müasirləşdirən, insan hüquqları və dini etiqad azadlığı yolu ilə uğurla irəliləyən Azərbaycan hökuməti ilə sıx əməkdaşlığını davam etdirməyin tərəfdarıdır.
Sizi və Azərbaycan xalqını mübarək Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm.
Səmimiyyətlə,
Corc U.Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti