Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram - Respublika Günü münasibətilə təbrik edim.
Azərbaycanın ictimai-siyasi həyatda sanballı uğurlarını, ölkənizin mühüm iqtisadi, resurs və insan potensialının fəal reallaşdırılmasını, onun beynəlxalq aləmdə artan nüfuzunun tərəqqi və firavanlıq yolu ilə irəliləyişi davam etdirməyə imkan yaratmasını Özbəkistanda böyük məmnuniyyətlə qeyd edirlər.
Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında yaranmış möhkəm etimad və qarşılıqlı anlaşma münasibətləri, çoxşaxəli əməkdaşlıq bundan sonra da xalqlarımızın mənafeyi naminə ardıcıl inkişaf etdiriləcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Sizin ali dövləti fəaliyyətinizdə hər cür uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti