Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri qardaşım İlham Heydər oğlu Əliyevə
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız,
Abdullah bin Əbdüləziz Al Səud
İki Müqəddəs Məscidin Xadimi,
Səudiyyə Ərəbistanının Kralı