AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ BİR NEÇƏ İSTİQAMƏTDƏN ATƏŞƏ MƏRUZ QALMIŞDIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 21-də saat 21.05-dən 21.10-dək Berd rayonu Çinarlı kəndindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini, saat 18.00-dan 18.20-dək Gədəbəy rayonu ərazisindəki və aprelin 22-də saat 00.20-dən 00.40-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdən, saat 01.30-dan 01.50-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]