AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ BİR NEÇƏ İSTİQAMƏTDƏN ATƏŞƏ TUTULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 29-da saat 19.10-dan 19.20-dək İcevan rayonunun Berkaber kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu sahəsində yerləşən mövqelərini, saat 14.30-dan 14.35-dək və saat 14.35-dən 14.45-dək Ağdam rayonunun Mərzili və Yusifcanlı kəndləri yaxınlığında, saat 14.10-dan 14.25-dək, saat 20.30-dan 20.35-dək və aprelin 30-da saat 01.30-dan 01.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 02.14-dən 02.24-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.45-dən 02.20-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.