Azərbaycan-Slovakiya oyunu başlayıb
Bakı, 29 yanvar, AZƏRTAC
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, millimiz Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşır.
Qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edir. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başındadır. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirir. Saniyəölçən isə Knyaz Əmiraslanovdur.
Matçın hakim-inspektoru xorvatiyalı Edi Sunjic, UEFA nümayəndəsi isə danimarkalı Tai Regel Pundikdir.
COVID-19 pandemiyası ilə əlaqədar azarkeşlər və media üçün qapalı olan matç “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.
Bu oyun Azərbaycan millisinin Slovakiya yığması ilə sayca 7-ci dueldir. Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçiriblər. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]