Azərbaycan Super Liqasında üçüncü dövrəyə start verilib
Bakı, 19 fevral, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü dövrəyə start verilib.
AZƏRTAC xəbər verir ki, yeddinci turun ilk oyununda “Azərreyl” “Murov”u 3:1 (25:19, 25:21, 16:25, 25:21) hesabı ilə məğlub edib.
Digər qarşılaşmada isə “Abşeron” UNEC-ə şans verməyib - 3:0 (25:12, 25:16, 25:19).
Qeyd edək ki, “Abşeron” 21 xalla turnir cədvəlinə başçılıq edir. On bir xala malik “Azərreyl” ikinci, 6 xalı olan "Murov" isə üçüncüdür. Sonuncu olan UNEC-in hesabında 4 xal var.