Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN
Tematik əlavə

Yaxın aylarda Azərbaycan bölgələrin iqtisadi inkişafına dair bir sıra mühüm sənədlər qəbul edəcəkdir. Uğurla aparılmış aqrar və torpaq islahatları kənd yerlərində yaşayan əhalinin həyat səviyyəsinin real surətdə yaxşılaşması üçün, ümumən, iqtisadiyyatın əhəmiyyətli dərəcədə yüksəlişi üçün bazaya çevrilir. 

Neft sənayesi artıq ölkənin rifahı üçün işləyir. Kəndlilərin ixtiyarına verilmiş torpaq da bəhrə verməyə başlayır. İkinci amil Azərbaycan üçün heç də az əhəmiyyətli deyildir. Heydər Əliyevin 1990-cı illərin ortalarında neft layihələrinin həyata keçirilməsi ilə paralel surətdə kənddə başladığı yeni iqtisadi siyasət bu gün Azərbaycanın dövlət mexanizmini qərarların daha yüksək sürətlə qəbul olunmasına keçməyə vadar edir. Prezident Heydər Əliyevin son vaxtlar gördüyü tədbirlərə əsasən deyə bilərik ki, o, yaranmış vəziyyətdə ölkənin yeni iqtisadiyyatının reallıqlarından dövlətin təhlükəli dərəcədə geri qaldığını görmüşdür. Təhlükə ondadır ki, dövlət çox qısa, amma taleyüklü dövrdə - 1995-2001-ci illərdə təşəkkül tapmış hüquqi əsasların və maliyyə əsaslarının təshih edilməsində, həqiqətən, gecikir. Məsələ bundadır ki, hətta ən nikbin şəxslər də ölkənin kənd təsərrüfatında iki-üçqat artımın olacağını təsəvvürlərinə gətirə bilməmişlər. Əslində, indi Azərbaycanda kənd təsərrüfatının bir sıra mühüm sahələrində ifrat istehsal nəzərə çarpır.

Prezident iqtisadiyyatın “ikinci lokomotivini” - kənd təsərrüfatını, hər şeydən göründüyü kimi, uzağagedən niyyətlə, yəni sənayenin kəndlə, nəticə etibarilə isə istehlakçı ilə bu və ya digər dərəcədə bağlı olan sahələrini canlandırmaq, dirçəltmək niyyəti ilə sərbəstləşdirmişdir. Lakin emal sənayesi, kiçik və orta firmaların timsalında ticarət-vasitəçilik şəbəkəsi yeni vəziyyətə açıq-aşkar hazır deyildi.

Kənd təsərrüfatındakı uğurlar bu gün Azərbaycanı “yeni iqtistadiyyat”la münasibətləri prinsipcə başqa cür qurmağa vadar edir. Məhz buna görə ölkə Prezidenti Heydər Əliyev aprel-mayda yerli kiçik və orta biznes nümayəndələri və əcnəbi sahibkarlarla görüşlər keçirdi. Görüşlərin əsas mahiyyəti belədir - pul Bakının hüdudlarından kənarda da işləməlidir, özü də yalnız neft sahəsində yox. Prezident Azərbaycanın hər bir bölgəsində kapitalın işləməsi üçün maksimum mümkün olan əlverişli şərait yaratmağı vəd etmişdir.

Bu gün “İzvestiya-Azərbaycan”ın səhifələrində Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə müsahibədə Heydər Əliyevin regional siyasəti haqqında, bölgələrin inkişaf proqramı haqqında söhbət gedir, habelə ölkənin dörd rayonunda həyatın real mənzərəsi barədə materiallar verilir.

DƏSTƏK PROQRAMI

İqtisadi İnkişaf Nazirliyi bütün rayonların mənafelərini nəzərə alacaq

Azərbaycanda bölgələrin inkişafına dair genişmiqyaslı Dövlət proqramının işlənib hazırlanması başa çatmaqdadır. Xüsusi olaraq yaradılmış komissiyalar və işçi qrupları bir neçə istiqamətdə - kiçik və orta biznesin bazasının genişləndirilməsinə, yeni iş yerləri açılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dair təkliflər verməlidirlər.

Sənədlərin layihələri bölgələrdə müxtəlif səviyyələrdə, o cümlədən əhalinin aztəminatlı təbəqələri cəlb olunmaqla müzakirə edilməkdədir. Proqram sahibkarlığın inkişafına təkan verməlidir və mütəxəssislərin dedikləri kimi, ümummilli xarakter daşıyacaqdır.

Sahibkarlığın inkişafına yönəldilmiş siyasət nəticəsində indi ölkənin ümumi daxili məhsulunda (ÜDM) qeyri-dövlət sektorunun payı 71 faizə, əhalinin ümumi məşğulluğunda özəl sektorun payı 70 faizə çatmışdır.

Bu gün Azərbaycanın qarşısında duran problemlərdən aşağıdakılar nəzərə çarpır: iqtsisadiyyatın qeyri-neft sektorunun zəif inkişafı, ölkənin bölgələrinin qeyri-proporsional inkişafı, cəlb edilmiş sərmayələrin paytaxtda daha çox cəmləşdirilməsi.

Ona görə də ölkənin bölgələrinin inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin öncül istiqamətlərindən birinə çevrilir.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının ənənəvi sahələrindən biridir, ÜDM-də onun payı təxminən 16 faizdir. Mövcud 11 iqlim zonasından 9-nun Azərbaycanda olması ölkəyə kənd təsərrüfatı məhsulları bir çox növünü becərməyə imkan verir. Kənd təsərrüfatının inkişafını stimullaşdırmaq və sürətləndirmək üçün Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə aqrar sektor 5 il və əlavə Fərmanla daha 3 il müddətinə vergidən azad edilmişdir.

Dövlət fermerlərə maliyyə yardımının artırılması üçün imkanlar axtarır. Sərmayələrin kənd yerlərinə daha fəal şəkildə cəlb olunmasına şərait yaradılacaqdır. İxraca kömək fondu yaradılacaqdır, yolların, suvarma sisteminin və digər infrastruktur obyektlərinin bərpası və yenilərinin tikilməsi üçün dövlət kreditləri alınması sxemləri hazırlanır.

Dövlət ölkənin bölgələrinin sürətlə inkişafı üçün digər mühüm tədbirlər də görür. Dağ rayonlarına və sərhədyanı rayonlara, habelə blokadada olan Naxçıvan Muxtar Respublikasına vergi güzəştləri edilməsinə yönəldilmiş tədbirlər kompleksi nəzərdə tutulan xüsusi proqram hazırlanır. Azərbaycanın sərmayə xəritəsinin tərtib edilməsi üzərində iş gedir. Xəritədə ölkənin hər bir bölgəsinin sərmayəyə olan tələbatı əks etdiriləcəkdir.

“İzvestiya”nın arayışı

1990-cı illərin ortalarında Azərcbaycan torpaq islahatına MDB-də birincilər sırasında başladı. Təxminən 1 milyon 350 min hektar torpaq kənd əhalisinə - şəxsi mülkiyyətə, kəndlilərə verildi, 34,1 min fermer təsərrüfatı yaradıldı və kənd təsərrüfatı məhsullarının emalı müəssisələri özəlləşdirilməyə başlandı. İndi kənd təsərrüfatı istehsalının 99 faizi özəl sektorun payına düşür.

Ramiz MEHDİYEV, Azərbaycan Prezidentinin İcra Aparatının

rəhbəri:

BÖLGƏLƏRƏ GÖSTƏRİLƏN QAYĞI İNSANLARIN FİRAVANLIĞINA QAYĞI DEMƏKDİR

Müstəqilliyin ilk illərindəki “bir saatlıq xəlifələr”in dağıdıcı siyasətini, ölkənin müxtəlif bölgələrində qeyri-sabitlik dövrünü görmüş Azərbaycan indi özünün uğurlu regional siyasəti ilə MDB-nin bir sıra digər dövlətlərindən yaxşı mənada xeyli üstünlüyü ilə fərqlənir. Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından dərhal sonra mərkəzi hakimiyyət yerlərdə insanların problemləri ilə məşğul oldu. İlk növbədə, təhlükəsizlik məsələləri ilə - çoxları hələ beş-yeddi il əvvəl küçəyə çıxmağa qorxurdu, silahlı quldurlar adamları qarət edir və öldürürdülər. İndi vəziyyət bambaşqadır, ölkə tamam başqa məsələləri həll edir. Prezidentin İcra Aparatının rəhbəri Ramiz MEHDİYEV “İzvestiya”ya müsahibəsində Azərbaycan Respublikası rəhbərinin regional siyasətindən danışır.

- Ramiz Ənvəroviç, 1990-cı illiərin əvəllərində yerlərdə vəziyyət doğrudanmı bu dərəcədə dramatik idi?

- Vəziyyət ondan da betər, faciəli idi. Sadə xalq bunu heç zaman unutmur. Amma Prezidentin opponentləri bunu yada salmamağı üstün tuturlar. Biz çətin sınaqlar yolu keçmişik. Ölkənin bir çox rayonlarında camaat yalnız bir parça çörək arzusunda idi. Çörək çatışmırdı. İndi vəziyyət başqa cürdür - biz bölgələrin inkişafı məsələləri ilə məşğul oluruq, onların potensialından səmərəli şəkildə necə istifadə edilməsi barədə fikirləşirik. Özünüz başa düşürsünüz ki, bu, artıq tamam başqa səviyyəli vəzifədir.

- Regional siyasət olmadan heç bir dövlətin - nə böyük, nə də kiçik dövlətin normal fəaliyyəti mümkün deyildir. Buna Azərbaycanda nə kimi əhəmiyyət verilir?

- Ölkəmiz müstəqil hüquqi dövlət quruculuğu yolu ilə gedir və eyni zamanda, mürəkkəb siyasi və sosial-iqtisadi vəzifələləri həll edir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar mexanizmlərinin tətbiqi, rifahın təmin edilməsi sosial-iqtisadi islahatların ardıcıl surətdə aparılması ilə qırılmaz surətdə bağlıdır. Bu islahatlar da məhz ölkənin bütün potensialından səmərəli şəkildə istifadə edilməsi üçün şərait yaradılmasına yönəldilmişdir.

- Bəs neft sahəsi necə?

- Əsasən Abşeronda və Xəzər hövzəsində cəmləşmiş neft sənayesi ölkəmizin həyatında, əlbəttə, öncül əhəmiyyətə malikdir. Xarici sərmayələr cəlb edilməklə neft yataqlarının işlənilməsi lazımi infrastrukturun yaradılmasını, başqa sahələrin inkişaf etdirilməsini, sərmayə axınının artmasını və sairəni stimullaşdırmağa imkan verir. Bununla yanaşı, biz dərk edirik ki, ölkənin bütün bölgələrinin mənafelərini nəzərə almaqla, respublikanın sosial-iqtisadi problemlərinin həllinə kompleks surətdə yanaşmadan hərtərəfli və dinamik inkişafa nail olmaq mümkün deyildir. Ona görə də dövlətimizin rəhbərliyi regional siyasətin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

-Bu zaman qarşıya hansı məqsədlər qoyulur?

-Bilirsiniz ki, müxtəlif dövlətlərdə regional siyasətin konkret məqsəd və vəzifələri onların sosial-iqtisadi xüsusiyyətlərinə görə müxtəlif cür ola bilər. Bununla belə, istisnasız bütün ölkələrin, o cümlədən də Azərbaycanın regional siyasəti üçün səciyyəvi olan ümumi məqsədlər mövcuddur. Bunlar vahid iqtisadi məkanın yaradılmasından və möhkəmləndirilməsindən, dövlətçiliyin iqtisadi, sosial, hüquqi və təşkilati əsaslarının təmin edilməsindən, nisbi regional iqtisadi tarazlığa, dövlət üçün xüsusilə böyük əhəmiyyətə malik bölgələrin üstün inkişafına nail olmaqdan, bölgələrin təbii, o cümlədən resurs xüsusiyyətlərindən maksimum istifadə etməkdən və sairədən ibarətdir.

Aqrar islahatların həyata keçirilməsi respublikanın aqrar sektorunda təsərrüfatçılıq şəraitini kökündən dəyişdirmişdir. Bu sektor bölgələrin iqtisadiyyatının özəyini təşkil edir. TRASEKA proqramı çərçivəsində Böyük İpək yolu nəqliyyat layihəsində iştirak etmək Azərbaycanın bölgələrində lazımi infrastrukturun yaradılmasını stimullaşdırır. Regional layihələrə sərmayələr cəlb edilməsi məqsədi ilə proqramlar hazırlanması da dövlətin regional siyasətinin əsas istiqamətlərinin təcəssümüdür.

Təəssüf ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasının ağır nəticələri ölkənin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir və regional siyasətə təsislər etməklə, bu istiqamətdə ardıcıl tədbirlərin hərtərəfli həyata keçirilməsinə ciddi maneələr yaradır.

- Azərbaycanın inzibati-regional strukturu özlüyündə nədən ibarətdir?

- Hər bir dövlətin inzibati-ərazi bölgüsü onun təbiətinə, dövlət hakimiyyətinin və idarəçiliyinin vəzifə və funksiyalarına uyğundur. İnzibati-ərazi quruculuğu prosesində ölkənin coğrafi miqyası, təbiətinin xüsusiyyəti, demoqrafik, iqtisadi və digər amillər nəzərə alınır.

Müstəqillik əldə edildikdən sonra Azərbaycanın inzibati-ərazi quruluşu elə bir ciddi dəyişiklikliyə məruz qalmayıbdır. İndi ona Naxçıvan Muxtar Respublikası, inzibati rayonlar və şəhərlər daxildir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik 7 inzibati rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

“Heydər Əliyev regional inkişaf məsələlərinə xüsusi diqqət yetirir. Bu, təsadüfi deyildir, çünki regional siyasət milli sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir”

- Məlumdur ki, Prezident Heydər Əliyev regional inkişaf məsələləri ilə xüsusi maraqlanır. Prezidentin regional siyasəti hansı prinsiplərə əsaslanır?

- Siz doğru qeyd etdiniz ki, Prezident Heydər Əliyev regional inkişaf məsələlərinə xüsusi diqqət yetirir. Bu, təsadüfi deyildir, çünki regional siyasət milli sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.

İndiki mərhələdə Azərbaycanda regional siyasət əsas istehsal sahələrinin sabitləşdirilməsinə və iqtisadi artımın dönməz xarakterinin təmin edilməsinə, əhalinin məşğulluq probleminin köklü surətdə həllinə və bu zəmində ölkənin hər bir bölgəsində həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.

Bu sahədə siyasət aydın, sadə və eyni zamanda mürəkkəbdir: bölgələrin maddi-təbii sərvətlərini təsərrüfat dövriyyəsinə cəlb etmək, iqtisadiyyatın idarə olunmasının forma və metodlarını təkmilləşdirmək, iqtisadi cəhətdən əsaslandırılmış layihələrin həyata keçirilməsinə sərmayə cəlb etmək.

- Bölgələrdə siyasətin müəyyənləşdirilməsi daimi prosesdir. Təşəkkül tapmış inzibati bölgü ölkənin iqtisadi inkişaf mənafelərinə, islahatların bundan sonra da aparılmasına, kiçik və orta biznesin genişləndirilməsinə uyğundurmu?

- Postsovet məkanındakı bütün digər dövlətlər kimi, Azərbaycan da ölkənin həyat fəaliyyətinin bütün sahələrini sarsıtmış dərin sosial-iqtisadi böhran keçirmişdir. Ölkəni böhran vəziyyətindən çıxarmaq üçün Prezident Heydər Əliyevin bilavasitə özü tərəfindən işlənib hazırlanmış və ardıcıl surətdə həyata keçirilmiş proqram respublikamızın təşəkkül tapmış inzibati bölgüsü çərçivəsində gerçəkləşdirilmişdir. Ona görə də demək olar ki, bu inzibati bölgü ölkənin iqtisadi inkişaf mənafelərinə, ümumən, uyğundur. İndiki inzibati-ərazi quruluşu şəraitində bölgələrdə sosial-iqtisadi münasibətləri köklü surətdə dəyişdirmiş və kənd təsərrüfatında istehsalın xeyli artmasına təkan vermiş aqrar islahatlar, kiçik və orta biznesin inkişafını stimullaşdırmış özəlləşdirmə uğurla keçirilmiş, demokratik regional idarəetmə təsisatlarının bünövrəsini qoymuş yerli özünüidarə sistemi yaradılmışdır.

İndi kiçik və orta biznesə yardım proqramları hazırlanır. Proqramlarda regional xüsusiyyətlər və inzibati-ərazi vahidlərinin spesifikası nəzərə alınır.

- Azərbaycanda bölgələrin iriləşdirilməsinin, bölgələrarası strukturlar yaradılmasının mümkünlüyü nəzərdən keçirilirmi?

- Bölgələrin iriləşdirilməsi, bölgələrarası strukturlar yaradılması məsələləri bu gün ölkəmiz üçün aktual deyildir. Məlumdur ki, dövlətin inzibati-ərazi quruluşunun sabitliyi onun sosial-iqtisadi və siyasi möhkəmliliyinin göstəricilərindən biridir. Bəzən cəmiyyətdə respublikanın inzibati-ərazi quruluşunun dəyişdirilməsinə dair təkliflər irəli sürülsə də, bunlar hər hansı təhlilə əsaslanmır, bu məsələyə konseptual yanaşılmır və regional siyasətə dair elmi surətdə əsaslandırılmış müddəaları nəzərə almır. Ümumiyyətlə, dövlətin mövcud inzibati bölgüsünü saxlamağın məqsədəuyğunluğu fikri üstünlük təşkil edir.

Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan öz coğrafi miqyasına görə böyük ölkə sayılmır və təşəkkül tapmış inzibati-ərazi strukturu müasir siyasi və sosial-iqtisadi inkişafın tələblərinə uyğundur, dövlət siyasətini bütün ölkədə daha operativ və səmərəli həyata keçirməyə imkan verir və inzibati vahidlərin regional xüsusiyyətlərini nəzərə alır.

- Digər MDB ölkələrində aparılan inzibati islahatların təcrübəsi Azərbaycan üçün maraq doğururmu?

- Demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatının formalaşdırılması prosesində Azərbaycan dəyərli xarici təcrübəni, o cümlədən də Qərbi Avropa dövlətlərinin və MDB ölkələrinin təcrübəsini öyrənir və əxz edir.

Təbii ki, Qərbi Avropa ölkələrinin regional siyasət təcrübəsi, o cümlədən inzibati islahatlar təcrübəsi xüsusi əhəmiyyətə malikdir. Onlarda islahatlar dərin elmi tədqiqatlara, ətraflı regional diaqnostika və ekspertizanın nəticələrinə əsaslanır. Yeni sosial-iqtisadi və ictimai-siyasi münasibətlər yaratmaq yoluna bu yaxınlarda qədəm qoyan MDB ölkələri dövlət quruculuğunda müəyyən təcrübə toplamışlar. Öz potensialına görə bu ölkələr arasında mühüm fərqlər var. İnzibati quruluşda köklü dəyişikliklər həyata keçirən Rusiya Federasiyası daha geniş maddi-texniki və elmi-intellektual imkanlara malikdir.

Biz MDB ölkələrində gedən prosesləri diqqətlə izləyir, onların təcrübəsini araşdırır, Azərbaycanın özünəməxsus xüsusiyyətlərini nəzərə almaqla, bu təcrübəni tətbiq etmək imkanlarını üzə çıxarırıq.

- Siz bölgələrdə yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin yaradılması prosesinin gedişindən razısınızmı? Onların icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri necə təşəkkül tapır?

- Əhalinin geniş dairələrini dövlətin idarə olunması prosesinə fəal cəlb etmək cəmiyyətdə demokratik dəyişikliklərin həyata keçirilməsinin zəruri şərtlərindən biridir. Yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin yaradılması 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuşdur. Respublika Konstitusiyasının dördüncü bölməsi tamamilə bələdiyyələrə həsr olunmuşdur, burada yerli özünüidarəetmənin təşkilinin əsas prinsipləri müəyyənləşdirilir. 1999-cu il dekabrın 12-də çoxpartiyalılıq prinsipləri əsasında bələdiyyələrə seçkilər keçirilmişdir. Burada geniş siyasi spektr təmsil olunmuşdur. Regional siyasətin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarına xüsusi rol ayrılır. Bələdiyyələrin öncül vəzifələri təsərrüfatın inkişafına kömək göstərməkdən, müvafiq yerli proqramların gerçəkləşdirilməsi vasitəsilə əhalinin sosial və iqtisadi mənafelərini qorumaqdan ibarətdir.

Yerli özünüidarəetmə orqanlarının dövlət hakimiyyətinin yuxarı strukturları ilə əsas əlaqəsi bələdiyyələrin büdcələri vasitəsilə həyata keçirilir. Qanunda nəzərdə tutulmuşdur ki, lazım gələrsə, qanunvericilik və icra hakimiyyətləri bələdiyyələrə əlavə səlahiyyətlər verə bilər. Bu səlahiyyətlərin icrası üçün bələdiyyələrə müvafiq maliyyə vəsaiti ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edir.

Respublikada yerli özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti üçün lazımi şərait yaradılmasının ümidverici proses gedir. Bələdiyyələrin fəaliyyətinin normativ-hüquqi əsasını yaradan mühüm qanunlar qəbul edilmişdir, dövlətin köməyi ilə maddi-texniki baza formalaşdırılır, yerli problemlərin həlli sahəsində tədricən təcrübə toplanır. Hələlik bu orqanların fəaliyyətinin vüsət almasından danışmaq olmaz. Təbii ki, bu, obyektiv və subyektiv xarakterli bir çox amillərlə də bağlıdır. Gərək insanlar bələdiyyələrin rolunu dərindən dərk etsinlər və öz qüvvələrinə inansınlar. Lakin ən başlıcası budur ki, qısa müddətdə toplanmış təcrübə seçilmiş yolun düzgünlüyünü təsdiqləyir.

CƏNNƏTMƏKAN OLSA DA, HƏR ŞEY ZƏHMƏT SAYƏSİNDƏ BAŞA GƏLİR

Quba rayonu Azərbaycanın şimalında, Bakıdan 150 kilometr məsafədə yerləşir. Rayonun dağ, dağətəyi və düzənlik zonalarında yerləşən 2610 kvadrat kilometrlik ərazisi zəngin floraya malikdir. Böyük Qafqaz dağ silsiləsinin zirvələri bu diyarın gözəlliyini daha da artırır. Rayonun əhalisi 140 min nəfərdir. Burada 19 xalqın nümayəndələri yaşayır. Rayonda 31 inzibati-ərazi vahidi, bir şəhər, iki şəhər tipli qəsəbə, 155 kənd yaşayış məntəqəsi, 101 bələdiyyə şurası vardır.

Ömürlərini başa çatmış hesab edənlər həyatlarını yenidən məhz burada yenidən başlaya bilərlər. Azərbaycanın dilbər guşələrindən biri olan Quba həmişə adamları əməyə və hünərə ruhlandırmışdır. Təsadüfi deyil ki, bu bölgə elm, təhsil və mədəniyyət mərkəzlərindən biri sayılır. Prezident Heydər Əliyev Qubada yerli sakinlərlə görüşlərinin birində demişdir: “Azərbaycanın ən şimal hissəsinin çox gözəl güşələrindən biri olan Quba, eyni zamanda, Azərbaycanın şimala açılan qapısı, Azərbaycanı şimalla və bütün Azərbaycanı birləşdirən diyardır”.

Quba kənd təsərrüfatı rayonudur. Bağlar diyarı kimi məhşurdur. Lakin rayonun gözəl təbiəti onun sakinlərinə əkinçiliklə də, heyvandarlıqla məşğul olmağa imkan verir. Bu - yerli iqtisadiyyatın əsasıdır. Dövlət proqramına uyğun olaraq, rayonda kolxozlar və sovxozlar ləğv olunmuş, torpaqların ayrı-ayrı şəxslərə verilməsi prosesi başa çatdırılmışdır. Torpaq sahəsi almaq hüququ olan hər kəsə 0,45 hektar sahə ayrılmışdır. 15 min hektar meyvə bağları özəlləşdirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Mehman İbrahimov deyir: hökumət hələ 70-ci illərdə bağçılığın inkişafına dair rayon üçün həyati əhəmiyyətə malik qərarlar qəbul etmişdi. 1975-1982-ci illərdə 10 min hektar bağ salınmışdır. 1995-ci ildə rayonda 21 min ton məhsul götürüldüyü halda, 2001-ci ildə bu rəqəm artıq 100 min tona çatmışdır. Elə fermerlər var ki, onların gəliri on minlərlə dollara çatır. Onların övladları Bakının nüfuzlu ali məktəblərində və xaricdə təhsil alırlar. Bu valideynlər torpaqdan qazandıqları pulları öz uşaqlarının gələcəyinə sərf edirlər.

Özəl təsərrüfat sahibləri pekord taxıl məhsulu əldə etməyi də öyrənmişlər.

1990-cı illərin əvvəllərində taxıl istehsalı cəmi 8-9 min ton təşkil edirdi. Bu rəqəm bütün rayona aid idi. O zaman insanları yalnız bir problem maraqlandırırdı - çörək. İndi belə bir problem yoxdur. Torpağın özəlləşdirilməsi nəticəsində 2001-ci ildə rayonda 25787 ton taxıl istehsal edilmişdir. Bu, Quba rayonunun tarixində rekord göstəricidir!

Statistika göstərir ki, tərəvəz və kartof istehsalının həcmi də artmışdır. Ötən il 8124 ton tərəvəz məhsulu yığılmışdır ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə təxminən 10 faiz çoxdur. Kartof istehsalı isə 19 faiz artaraq, 7529 ton təşkil etmişdir.

Mehman İbrahimov deyir: özünüz bilirsiniz ki, indi rayonda uzun illər sovet hakimiyyətinin başağrısı olmuş ət problemi də yoxdur. Qaramalın və digər ev heyvanlarının sayı son illər bir neçə dəfə artmışdır.

Bəs bu gün hansı problemlər mövcuddur? Problem bundan ibarətdir ki, “əhalinin maddi vəziyyətinin yaxşılaşması nəticəsində fərdi yaşayış evlərinin tikintisi get-gedə artır”. Quba-Qəçrəş yolu zonasında fərdi yaşayış evləri tikmək üçün 300-dən artıq torpaq sahəsi ayrılmışdır. Son illər bütün tikililər müasir Avropa üslubunda aparılır.

Daha hansı problemlər vardır? Problemlərdən biri də istehsal edilmiş məhsulun satışıdır. Quba Konserv zavodunda buraxılan yüksək keyfiyyətli məhsul bu gün beynəlxalq bazarda özünə yer tapsa da, müəssisə daha çox istehsal edə bilərdi. Lakin cəmi son bir neçə il ərzində qəbul edilsə də, artıq köhnəlmiş hüquqi aktlar buna mane olur.

Quba, eyni zamanda, özünün gözəl xalçaları ilə də məşhurdur. 1712-ci ildə Qubada toxunmuş “Qolluçiçi” xalçası indi Nyu-Yorkdakı Metropoliten muzeydə nadir bir eksponat kimi nümayiş etdirilir. Bu il özəlləşdirilmiş xalçaçılıq emalatxanası indi müstəqil olaraq özünə satış bazarı axtarır. Lakin heç bir şübhə yoxdur ki, qeyri-adi gözəlliyə malik olan əllə toxunmuş xalçalar bir müddətdən sonra əsl qiymətini alacaqdır.

Quba cənnətməkandır. Bu rayon son illər turizm obyektləri, istirahət evləri, pansionatlar tikintisi üçün yerli və xarici sərmayələri özünə cəlb edir. Çinlilər də artıq bu rayonda olmuşlar. Özü də pulla gəlmişlər.

X X X

A R A Y I Ş

Rayon büdcəsinə dövlət sektorundan mədaxil 33,7 faiz, qeyri-dövlət sektorundan isə 60,3 faiz təşkil etmişdir. Son üç il ərzində məktəblərin sayı 144-dən 147-yə, orta ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sayı 24 mindən 31 minə çatmışdır. Son illər ali məktəblərə daxil olanların sayı da artır. Əgər əvvəllər ali məktəblərə 50-60 nəfər daxil olurdusa, son üç ildə onların sayı 200-210 nəfər olmuşdur.

BURADA HƏR ŞEY - NEFT DƏ, BALIQ DA VAR

Neftçala rayonu inzibati-ərazi vahidi kimi 1940-cı il fevralın 11-də yaranmışdır. Sonrakı illərdə bir neçə dəfə XIllI və Salyan rayonlarının tərkibinə daxil edilmişdi. Respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ilin aprel ayında inzibati-ərazi vahidi kimi yenidən müstəqil olmuşdur.

Rayonun ərazisi 123,3 min hektar, əhalisi 72,8 min nəfərdir. Rayonda 1 şəhər, 3 şəhərtipli qəsəbə, 48 kənd yaşayış məntəqəsi vardır.

Şirvan və Muğan düzləri bu torpağa təkraredilməz gözəllik verir. Neftçala təbii ehtiyatlarla zəngin diyardır. Faydalı qazıntılar əsasən neftdən, qazdan, yoddan, bromdan, texniki duzdan və xörək duzundan ibarətdir. Respublikanın ən böyük çayı Kür öz “yürüşünü” bu yerlərdə başa çatdırır və Xəzər dənizinə tökülür.

Rayon sərmayə cəlb etmək cəhətdən çox cazibədardır. Təkcə bir fakt: bu günlərdə Dünya Bankı nərə balığı yetişdiriləcək zavodun tikintisinə 6 milyon dollar vəsait ayırmışdır. Zavod 10 aya tikiləcəkdir. Layihənin ümumi dəyəri 9,1 milyon dollardır. Müəssisə ildə 15 milyon körpə balıq yetişdirəcəkdir.

Rayonun iqtisadiyyatında əsas yeri neft, qaz, kimya, balıqçılıq sənayesi və kənd təsərrüfatı tutur. 2000-ci illə müqayisədə 2001-ci ildə rayonda ÜDM-in həcmi 16,4 faiz artmışdır. ÜDM-in ümumi həcmi 112,8 milyard manatdır.

Ötən illə müqayisədə sənaye istehsalının həcmi 9,3 faiz, nəqliyyat və rabitə xidmətləri 6,6 faiz, əmtəə dövriyyəsi 58 faiz artmışdır.

Aqrar sektorunda böyük irəlləyişlər olmuşdur. 1996-cı ilədək rayonda 16 kolxoz var idi. Onların hamısı ləğv olunmuşdur. Bu gün rayonda yeni təsərrüfatçılıq formaları yaranmışdır. 8134 fermer təsərrüfatı fəaliyyət göstərir. Kolxozların torpaq fondu 94320 hektar idi. Bunun 6764 hektarı dövlət fondunda saxlanılmış, 46560 hektarı yerli bələdiyyələrə, 1418 hektarı şəxsi təsərrüfatlara, 39578 hektarı kənd əhalisinin mülkiyyətinə verilmişdir. Son illər qaramalın sayı 4,5 dəfə, davarın sayı 6 dəfə, taxıl istehsalı 3,9 dəfə artmışdır. Hazırda 32523 baş qaramal, 81671 baş davar var.

Adambaşına kənd təsərrüfatı məhsullarının istehsalı: taxıl - 1299 kiloqram, ət - 41 kiloqram, süd - 297 litr. Bu göstəricilər adambaşına orta illik normadan çoxdur.

Son illər kənd təsərrüfatı məhsulları istehsalının artması rayon bazarında qiymətləri aşağı salmağa imkan vermişdir. 1 kiloqram taxılın qiyməti 300 manat, mal əti 8 min manat, qoyun əti 9 min manat, 1 litr süd isə 500 manatdır. /İndi 1 dollar təxminən 4800 manatdır\.

Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev deyir: respublikada dövlət müəssisələrinin özəlləşdirilməsinin 2-ci mərhələsi gedir. Siyahıda Neftçala yod-brom zavodu, Bankə balıq kombinatı, Oriyat və Neftçala balıqçılıq təsərrüfatları da vardır. Rayonda özəlləşdirmənin birinci mərhələsində 96 kiçik və orta, 11 böyük və orta müəssisə özəlləşdirilmişdir. H.Z.Tağıyev adına balıqçılıq kombinatı hərraca çıxarılmış, “Kaspian Fiş” hərracda qalib gəlmiş və kombinat “Neftçala -Balıq” səhmdar cəmiyyətinə çevrilmişdir. Bu müəssisələrin özəlləşdirilməsi rayon üçün yeni iqtisadi imkanlar açacaq, neftçalalıların həyat səviyyəsini yüksəltmək üçün şərait yaranacaqdır.

Əbülfəz Ağayev sosial sahədə, xüsusilə də əhalinin qazla, elektriklə və su ilə təminatında olan böyük irəliləyişlərdən danışdı. O dedi ki, hazırda rayonun bütün yaşayış məntəqələri elektrikləşdirilmiş, 60 faizi qazla təchiz olunmuşdur. Təkcə son illər ərzində XIllI qəsəbəsi, Boyat, Ballıcallı, Dördlər kəndləri qazlaşdırılmışdır. Ümumtəhsil məktəblərində və uşaq müəssisələrində qızdırıcı sistemlər işə salınmışdır.

Bütün yaşayış məntəqələrini qazla təmin etmək üçün rayon icra hakimiyyəti iki yeni qaz quyusunun qazılmasına və 28 kilometr uzunluğunda yeni qaz kəmərinin çəkilməsinə dair müvafiq sənədlər hazırlayır.

X x x

ARAYIŞ

Rayonda 16 məktəbəqədər müəssisə, 9 ibtidai, 17 səkkizillik, 27 orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 15315 şagird təhsil alır, onların tərbiyəsi ilə 1429 müəllim məşğul olur. Bundan əlavə, rayonda 5 məktəbdənkənar təhsil müəssisəsi, texniki peşə məktəbi, Əli Bayramlı Sənaye Texnikumunun və Azərbaycan Dövlət İqtisad Universitetinin bölmələri fəaliyyət göstərir.

TƏVAZÖKAR OLSALAR DA, ÇOX İŞGÜZARDIRLAR

Ağstafa rayonu 1990-cı ildə yaradılmışdır. Azərbaycanın qərb hissəsində, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Ərazisi 1504 kvadrat kilometr, əhalisi 75 min nəfərdir. Rayonda digər 10 milləti və xalqı, o cümlədən rusları, gürcüləri, erməniləri və yəhudiləri təmsil edən 1200-dən çox vətəndaş yaşayır. Bütün ümumtəhsil məktəblərində rus dili tədris edilir. Rus bölməsində 23 siniif var. Rayonun tərkibinə 1 şəhər, 1 qəsəbə, 34 kənd, 24 inzibati-ərazi vahidi, 24 bələdiyyə daxildir. Torpaq fondu 123 996 hektardır ki, bunun da 76 175 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. 18 752 hektarı əkin, 54 188 hektarı otlaqlar üçün yararlıdır, 7162 hektarı meşə fondu, 4769 hektarı qoruqdur.

Ağstafa torpağında təvazökar, lakin çox işgüzar adamlar yaşayır.

Burada günəşin qızmar şüalarını saf dağ havası sərinlədir. Ağstafa həm də bir vaxtlar məhşur olan sovet portveyninin vətənidir. O uzaq illərdə “Ağstafa” portveyni dəmir yolu ilə SSRİ-nin bütün şəhərlərinə daşınırdı.

Lakin o illər keçmişdə qaldı. Aqrar islahatlar nəticəsində 15 150 ailə və ya 57 709 min adam 20 010 hektar torpaq sahəsi almışdır. İndi hər bir kənd sakini sahibkardır. Təsəvvür edin, indi hər bir sahibkar nə yetişdirməyin daha sərfəli olduğunu bilir.

Ağstafa rayonunda taxıl istehsalı 2001-ci ildə 19 295 ton artaraq, 32075 ton təşkil etmişdir. Bu, 2000-ci ildəkinə nisbətən 16385 ton çoxdur. 2001-ci ilin taxıl balansından görünür ki, toxumluq üçün 2700 ton, çorək üçün 17600 ton və yem üçün 3 min ton ayrıldıqda, 10115 ton taxıl qalır.

“Azəri-Kuban” Rusiya-Azərbaycan birgə müəssisəsi ilə yaradılmış əlaqələr nəticəsində rayon yüksək məhsuldarlığa malik taxıl toxumu ilə təmin edilmişdir. İndi rayonda, ilk dəfə olaraq, hər hektardan 30,2 sentner taxıl yığılır.

Kartof istehsalı 1993-cü illə müqayisədə 16 dəfə, tərəvəz istehsalı 43 dəfə, bostan bitkiləri istehsalı 7 dəfə artmışdır. Heyvandarlıqda artım 3-4 dəfəyə çatmışdır.

Rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayevin dediyinə görə, bütün bu göstəricilər elə bir şəraitdə əldə edilmişdir ki, o zaman dövlətin kənd sakinlərinə yardım göstərmək üçün böyük imkanı yox idi, təkcə torpaq və insan əməyi var idi.

Cümşüd Musayev deyir: həmyerlilərim inanırdılar ki, hər şey yaxşı olacaq. Əsas odur ki, torpaq aldıqdan sonra hamıda əvvəlcə gələcəyə ümid, sonra isə sabaha inam yarandı.

Ötən il ölkə prezidentinin bilavasitə təşəbbüsü və dəstəyi nəticəsində həyati vacib bir obyekt - dəyəri 765000 avro olan “Ceyrançöl kənd təsərrüfatının su təchizatının bərpası” obyekti yenidən qurularaq istifadəyə verildi. Layihə Aqstafada və qonşu rayonlarda qoyunçuluğu xeyli inkişaf etdirməyə şərait yaradır.

Bu gün istehsalı genişləndirmək üçün əkinçilərin hər cür imkanı var. Onlar vergilərdən azad edilmişlər, bir çox problemləri tənzimləyən su istehlakçıları assosiasiyaları yaradılmışdır, servis xidmətləri təşkil olunmuşdur, bir çox məsələlər yerli özünüidarə orqanları - bələdiyyələr səviyyəsində həll edilir.

Hazırda kənd sakinlərinin əsas qayğısı məhsulun emalı və satışı ilə bağlıdır. İstehsal olunan məhsul bazar qiymətlərindən aşağı qiymətlərlə satılır. Bəzi hallarda tonlarla məhsul xarab olur. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi qarşısında məsələ qaldırılmışdır ki, rayonda süd, üzüm və meyvə şirəsi emal edən müəssisələr tikilsin. 14 layihə təqdim olunmuşdur.

Rayon inkişaf edir. İçməli su kəmərlərinin təmiri, yenidən qurulması və tikintisi həyata keçirilmiş \2001-ci ildə 3 subartezian quyusu qazılmış, 30-u bərpa edilmişdir\, illərlə fəaliyyət göstərməyən suvarma kanalları bərpa olunmuşdur. Uzunluğu 48 kilometr olan içməli su kəməri xətti çəkilmiş və bərpa edilmiş, gücü 35/110 kbt olan 2 yardımçi stansiya tikilmiş, 2,5 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xəttləri çəkilmişdir.

Rayon rəhbərliyi enerji təchizatı məsələləri ilə fəal məşğul olur. Regionda yeğanə maye qaz anbarı tikilmişdir. Nəticədə əhaliyə verilən qazın qiyməti aşağı düşmüşdür.

ARAYIŞ

2001-ci ildə rayonda ümumi daxili məhsulun həcmi 17 milyon dollar olmuşdur. Ümumi daxili məhsulun 75 faizi kənd təsərrüfatı məhsullarının payına düşür. Nəticədə 2001-ci il büdcənin faktiki yerinə yetirilən hissəsi 9487 milyon manat və ya 2,0 milyon dollar olmuşdur. Bu göstərici 1997-ci ildə 6308 milyon manat və ya 1,6 milyon dollar idi. İnflyasiyanın aşağı olduğu bir dövrdə 3179 milyon manat və ya 650 min dollar artımı yaxşı göstərici hesab etmək olar. 

QIZMAR GÜNƏŞ ALTINDA

Saatlı rayonu 1943-cü il mayın 25-də yaradılmışdır. Ərazisi 118 kvadrat kilometrdir. Rayonun tərkibində 42 yaşayış məntəqəsi, rayon tabeliyində olan 1 şəhər, 41 kənd, 19 inzibati-ərazi vahidi vardır. Orta hesabla 1 nəfərə 0,51 hektar torpaq düşür. Rayonun əhalisi 84 min nəfərdən çoxdur. Rayonda 13500 qaçqın və məcburi köçkün yaşayır. Aqrar islahatlardan sonra 15621 ailə (yaxud 69771 nəfər) torpaq mülkiyyətçisi olmuşdur. 1200-dən çox fermer təsərrüfatı fəaliyyət göstərir.

Saatlı barədə nə demək olar? Bu rayon bir o qədər məşhur olmasa da, çox əməksevər rayondur. Burada torpağda işləmək çox ağırdır. Qızmar günəş altında yaxşı məhsul yetişdirmək üçün böyük dözüm tələb olunur. 2001-ci ildə rayonda 90,4 min ton taxıl, 12900 ton pambıq, 3 min tondan çox qarğıdalı, 3,2 min ton kartof, 330 ton tərəvəz, 16 min tondan çox dirrik məhsulu istehsal olunmuşdur. Müqayivə üçün: 1993-cü ildə rayonda cəmi 36,6 min ton taxıl istehsal olunmuşdu. 2002-ci ildə isə taxıl istehsalını 100 min tona çatdırmaq nəzərdə tutulmuşdur.

Hər şey müqayisədə məlum olur. Ötən əsrin 60-cı illərində Azərbaycanda taxılın məhsuldarlığı hər hektardan cəmi 10-12 sentner təşkil etmişdir. Hazırda Saatlı rayonunda hər hektardan 60-80 sentner buğda götürülür. Bu, “Əzəmətli”, “Nurlu”, “Qiymətli”, “Bərəkətli” və “Əkinçi” sortlarıdır. Onlar Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə yetişdirilmişdir. Rayonda yeni seçmə sortlar yetişdirmək üçün təcrübə sahələri ayrılmışdır. Alimlər bu sortları Saatlının ağır iqlim şəraitində sınaqdan çıxarırlar.

Aqrar islahatlar heyvandarlıqlda vəziyyəti kökündən dəyişmişdir. 1996-cı ildəki islahatlara qədər rayonda 35 min baş qaramal, 40 min baş davar var idi. 2002-ci il yanvarın 1-nə olan məlumata görə, qaramalın sayı 48,6 min, davarın sayı isə 61,2 min baş olmuşdur. Heyvandarlığın inkişafı ət, süd və yun istehsalının artması deməkdir. Fermerlər öz məhsullarını Bakı şəhərinin və respublikanın digər sənaye mərkəzlərinin bazarlarına çıxararaq, sərfəli qiymətə satırlar. 2001-ci ilin yekunlarına görə, kənd təsərrüfatında 126 milyard manat gəlir əldə edilmişdir ki, bu da kənd yerində adambaşına 3,4 milyon manat təşkil edir. Bu, 1996-cı ildəkindən 3 dəfə çoxdur.

Qazancın get-gedə artması torpaq sahiblərinə yeni texnika almaq imkanı verir. İri kəndli-fermer təsərrüfatlarında yaxşı işləmək üçün hər cür şərait vardır. Servis xidmətləri göstərən, öz texnikasını müəyyən qiymətə təqdim edən özəl firmalar da yaranmışdır.

Aqrar sektordakı genişmiqyaslı dəyişikliklər, kənd təsərrüfatı məhsulları istehsalının artımı kiçik və iri emal müəssisələrinin yaradılmasını tələb edir.

Rayon icra hakimiyyətinin başçısı Gülhüseyn Əhmədov deyir: yeni şəraitdə taxıl istehsalının artması ilə çörək təminatı problemi artıq həll olunmuşdur. Hər yerdə özəl dəyirmanlar fəaliyyət göstərir. Yaxın illərdə daha güclü emal müəssisələri, bitki yağları istehsal edən kombinat tikmək fikrindəyik. Dəri məmulatı emalı fabriki, makaron məmulatı hazırlayan müəssisə, yağ zavodu tikmək üçün bizə dövlətin köməyi lazımdır.

Artıq 10 ildən çoxdur ki, rayonda “Miri Pak” şirə zavodu işləyir. Bu zavod böyük tələbat olan məhsul istehsal edir. Zavodun məhsulları hazırda Rusiya Federasiyasının, Ukraynanın və Belarusun iri sənaye mərkəzlərində satılır. Gülhüseyn Əhmədovun fikrincə, məhsul istehsalı həcmini artırmaq üçün hər şey vardır, lakin etibarlı tərəfdaşlar lazımdır.

Aqrar islahat təkcə torpaqların ayrı-ayrı şəxslərə verilməsi demək deyildir. Dövlət torpaqların suvarılması kimi problemlərin həllində rayona kömək edir. 52 kilometr uzunluğunda olan və Saatlı rayonunun ərazisindən keçən Muğan-Mil meliorasiya kollektorunun tikintisi torpaqların məhsuldarlığını artırmağa imkan verəcəkdir.

Son illər rayonda sənayenin və onun infrastrukturlarının inkişafı üçün çox iş görülür. Pambıqtəmizləmə zavodu, kənd təsərrüfatı məhsulları emal edən mini-zavodlar, təmir müəssisələri, yanacaqdoldurma stansiyaları və digər obyektlər kənd təsərrüfatının inkişafına yaxşı kömək edir və rayon büdcəsinə nağd pullar gətirir.

“İzvestiya” qəzeti,

27 iyun 2002-ci il 

A R A Y I Ş

2001-ci ildə Saatlı rayonunun ümumi gəliri 160 milyard manat olmuşdur. Rayonun hər bir sakininə düşən illik gəlir 1879600 manata bərabərdir. Kənd təsərrüfatında məşğul olan 24 min adamdan 21 min 840 nəfəri özəl sektorda çalışır. Rayonun 47 ümumtəhsil məktəbində 19,5 min şagird təhsil alır, 19 məktəbəqədər müəssisədə isə 1200 uşaq tərbiyə olunur. Rayonda 1500-dən çox müəllim var. 33 tibb müəssisəsində 600-ə yaxın həkim və tibb işçisi çalışır.

X X X

“İzvestiya-Azərbaycan” səhifələrinin materialları “İntellekt” Tədqiqatlar Mərkəzinin (Azərbaycan) iştirakı ilə hazlıranmışdır. 

Şəkil sözləri:

Xalça ustası Anacı Məmmədova

Neftçalada hər şey var, amma çörəyə münasibət xüsusidir

Kollektor həm su və həyat deməkdir

Ağstafanın yeniyetmə gözəlləri

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb