Azərbaycan Texniki Universitetində Avropanın klaster təcrübəsi öyrənilir
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Erasmus+KA2” “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi üzrə növbəti işçi görüş keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı layihə üzrə Avropa tərəfdaşlarının klaster təcrübəsi, o cümlədən onların hüquqi təşkilatlanma formaları, idarəetmə strukturları, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, gəlir mənbələri, strateji inkişaf planları və hədəfləri haqqında ətraflı məlumat verilib. Həmçinin Avstriya, Litva, Polşa, İtaliya və İspaniyada fəaliyyət göstərən klasterlərin nümunəsində təqdimatlar edilib və müzakirələr aparılıb.
Daha sonra layihə üzrə Azərbaycan, Moldova və Ukraynada bilik mərkəzlərinin yaradılması üzrə yol xəritələrinin hazırlanması məsələləri müzakirə edilib.
Onlayn işçi görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:39]
Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
- 01.10.2026 [11:30]
Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır
- 01.10.2026 [10:53]
“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur
- 01.10.2026 [01:03]
“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]