“AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINDA GƏNCLƏRIN ROLU” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Konfransı giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Ramil Həsənov Azərbaycan-Türkiyə münasibətlərində gənclər arasında əməkdaşılığın rolundan danışdı. Qardaş ölkələrin hakim partiyalarının gənclər birlikləri arasında mövcud əlaqələrin inkişaf perspektivlərini yüksək qiymətləndirərək, gələcəkdə əməkdaşlığın daha geniş vüsət alacağına əminliyii bildirdi.
Bakıda olduqları qısa vaxt ərzində ölkəmizlə bağlı əldə etdikləri geniş məlumatdan qürur duyduqlarını bildirən Türkiyə Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin sədri Hakan Tütünçü vurğuladı ki, Türkiyə vətəndaşları Azərbaycanda özlərini vətəndə olduğu kimi rahat hiss edirlər. Son illər iki hakim partiyanın gəncləri arasında əlaqələrin sürətlə inkişaf etdiyini xatırladan qonaq dedi ki, bu doğma münasibətlər bütün gənclərə nümunədir. Gənclik dövründə yaranan və inkişaf etdirilən münasibətlər əbədi olur. İki partiyanın gəncləri arasında möhkəm təməl üzərində qurulan dostluq ümumən Azərbaycan və Türkiyə gənclərinin birgə fəaliyyətinə geniş imkanlar yaradır. Bütün gənclər bu doğma münasibətlərdən istifadə edərək dövlətlərimiz və xalqlarımız arasında mövcud əlaqələrin daha da genişləndirilməsində öz səylərini göstərməlidirlər.
Sonra məruzələr dinlənildir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov konfransda çıxış etdi.
Türkiyə gənclərinin Azərbaycana səfəri davam edir.