İQTİSADİYYAT
Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyası yaradılır – Fərman
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarını həyata keçirməlidir.
Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [15:29]
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
- 11.05.2024 [10:53]
Azərbaycan nefti ucuzlaşıb
- 11.05.2024 [10:24]
Dünya birjalarında neft ucuzlaşıb
- 10.05.2024 [19:37]
Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq
- 10.05.2024 [18:41]