İDMAN
Azərbaycan U-19 millisi seçmə mərhələdə mübarizəyə başlayır
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, VII qrupda mübarizə aparan yığma İslandiya ilə üz-üzə gələcək. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Görüşü şotlandiyalı referi David Dikkinson idarə edəcək.