Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Latviya yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyublar

Azərbaycan və Latviya yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyublar

Riqa, 19 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-17-də Riqada rəsmi səfərdə olub. Latviyalı ekspertlərin fikrincə, bu səfər iki ölkə arasında yeni strateji tərəfdaşlıq səhifəsi açıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis iki ölkə arasında daimi siyasi dialoqu, iqtisadi əməkdaşlıq proqramını, habelə təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyəti nəzərdə tutan “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalayıblar.

Azərbaycan artıq Avropa İttifaqının üzvü olan 11 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə Avropa İttifaqı və Azərbaycan arasında mümkün sazişlər üçün də gözəl zəmindir.

Səfər çərçivəsində beynəlxalq kombinə edilmiş yükdaşımaları, tikintidə təhlükəsizliyə dövlət nəzarəti və təhsil sahələrində də sənədlər imzalanıb.

Latviya Prezidenti Raymonds Veyonis vurğulayıb ki, Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və ikitərəfli münasibətlər sıx dostluq əlaqələrinə əsaslanır. O əmin olduğunu bildirib ki, imzalanmış Bəyannamə Latviya-Azərbaycan münasibətlərinin genişlənməsinə müsbət təsir göstərəcək. Latviya dövlətinin başçısı bəyan edib ki, onun ölkəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsini həmişə dəstəkləyib. Bu ilin sonunda növbəti Şərq Tərəfdaşlığı Sammiti keçiriləcək və bununla əlaqədar olaraq, müxtəlif çevik yollar tapılacaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişlənsin.

Raymonds Veyonis növbəti dəfə bəyan edib ki, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar masası arxasında sülh yolu ilə nizamlanmalıdır və bu proses beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, səfərin yekunları çox müsbət olacaq və Latviya-Azərbaycan əlaqələri yeni pilləyə yüksələcək. Dövlətimizin başçısı qeyd edib ki, ciddi və sanballı sənəd olan Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çox mühüm məsələlər əksini tapıb. Sənəddə vurğulanır ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, onun sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, bu, ədalətli mövqedir.

Azərbaycan dövlətinin başçısı turizm sahəsinə də xüsusi diqqət yetirərək qeyd edib ki, ölkələrimiz arasında müntəzəm Riqa-Bakı reysləri həyata keçirilməlidir və artıq müvafiq göstərişlər verilib.

Səfər çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən təqribən 200 sahibkar iştirak edib. Prezident İlham Əliyev beynəlxalq enerji bazarlarında iri oyunçu kimi Azərbaycanın əhəmiyyətinin artması barədə məlumatı latviyalı sahibkarların diqqətinə çatdıraraq qeyd edib ki, hazırda Azərbaycanda birbaşa Avropanın və ölkəmizin maraqlarının təmin olunmasına istiqamətlənmiş enerjinin şaxələndirilməsi üzrə mühüm layihə - “Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilir.

İlham Əliyev Latviya şirkətlərini Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrinə sərmayə yatırmağa dəvət edib. Azərbaycan dövlətinin başçısı diqqətə çatdırıb ki, ölkəmiz iqtisadiyyatımızın sabitliyini və proqnozlaşdırılmasını təmin etməyə qadir olan əsaslı maliyyə resurslarına malikdir. Bu maliyyə resursları Azərbaycanın xarici borcunu beş dəfə üstələyir.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın potensialını latviyalı ekspertlər də qiymətləndiriblər. Latviya Xarici Siyasət İnstitutunun tədqiqatçısı Maris Ancas hesab edir ki, ölkələrimiz arasında yaxşı siyasi dialoq mövcuddur. Bu dialoqu iqtisadi sahədə əməkdaşlığın məzmunu ilə zənginləşdirmək olar. M.Ancans təhsili ən böyük əməkdaşlıq sahəsi adlandırıb.

Bundan əlavə, ekspertlər iqtisadi əlaqələri inkişaf etdirmək üçün mövcud böyük potensialdan faydalanmağın labüdlüyünü vurğulayırlar. Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin təqdim etdiyi rəqəmlər bu potensialdan heç də həmişə tam istifadə olunmadığını göstərir. Agentliyin məlumatına görə, ötən il Latviya ilə Azərbaycanın ümumi əmtəə və xidmətlər dövriyyəsi 23,8 milyon avro təşkil edib, Azərbaycan Latviyanın xarici ticarət tərəfdaşları siyahısında 61-ci yerdədir. Azərbaycana ixrac 21,2 milyon avro və ya Latviyanın ümumi ixracının 0,1 faizini, Azərbaycandan idxal 2,6 milyon avro və ya ümumi idxalın 0,02 faizini təşkil edib.

Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əhəmiyyəti bu ölkənin KİV-lərində geniş işıqlandırılıb. Latviyanın “Neatkarīgā Rīta Avīze Latvijai”, “Latvijas Avīze”, “Diena”, “bnn.lv” kimi aparıcı xəbər agentlikləri bildirirlər ki, İlham Əliyevin Riqaya səfəri Latviya-Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq dərəcəsinə yüksəldib. Mətbuat yazır ki, Latviya ölkələrimiz arasında energetika, təhsil və elm, informasiya texnologiyaları, əczaçılıq və tikinti sənayesi, müntəzəm hava nəqliyyatının yaradılması sahələrində əməkdaşlığın inkişafında maraqlıdır. Bu da işgüzar əlaqələri asanlaşdıracaq və turizm sektoruna yaxşı dəstək olacaq. Mətbuat yazır ki, Azərbaycan Dünya Bankının “Doing Business” reytinqində müəssisələrin yaradılmasının asanlığına görə fəxri 5-ci yeri tutaraq, bu göstərici üzrə həmin siyahıda 22-ci yerdə qərarlaşan Latviyanı xeyli geridə qoyub.

Bildirilir ki, İlham Əliyev Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını qüsursuz ingilis dilində qeyd edib, əmtəə dövriyyəsinin genişlənməsini və Riqa biznes forumu çərçivəsində müqavilələrin imzalanmasını prioritet adlandırıb. Dövlətlərarası Komissiya sahə nomenklaturasını razılaşdıra, investisiya portfelini həyata keçirə biləcək.

Latviya KİV-ləri əmindirlər ki, Azərbaycan-Latviya münasibətləri daha da güclənir.

http://monitorings.leta.lv/pdf/P4AFF7FCD-DDB1-4F23-8C4D-9E75264B11C9/ 

http://monitorings.leta.lv/pdf/P1CF5978E-8AF7-4D45-BD73-286D4644CD7C/ 

http://monitorings.leta.lv/pdf/P25A9CCA6-6DB8-4EB6-8082-4BA9698475C9/ 

http://bnn.lv/vejonis-par-ciesaku-sadarbibu-ar-azerbaidzanu-237697 

Nigar Cəfərli 

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO