Azərbaycan və OSTİM Texniki universitetləri əməkdaşlığı davam etdirir
Bakı, 8 may, AZƏRTAC
Mayın 11-dən Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi ilə Türkiyənin OSTİM Texniki Universitetinin eyniadlı fakültəsi birgə onlayn dərslərin keçirilməsinə başlayacaq.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, dərslərdə kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.
Hər iki universitetin professor-müəllim heyəti tərəfindən keçiləcək dərslərin vaxtı saytın elanlar bölümündə yerləşdiriləcək.
Onlayn dərslərə “Microsoft Teams” platformasından istifadə etməklə qoşulmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]