CƏMİYYƏT
Azərbaycan Vyanada keçirilən “EHA2022” Hibrid Hematoloji Konqresində təmsil olunub
![](/files/galleryphoto/2022/2/1200x630/16549426453581451696_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549426454088159857_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
Avropa Hematoloqları Assosiasiyasının (EHA) təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində “EHA2022” Hibrid Hematoloji Kongresi keçirilib. Azərbaycanı tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli, agentliyin koordinatoru Mehparə Kazımova, Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Elmira Qədimova təmsil ediblər.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, konqresdə irsi qanaxma xəstəlikləri və trombozlarda ən yeni müalicə metodları, hemoqlobinopatiyalar və leykemiyaya müasir yanaşma, gen terapiyası, hemopoetik kök hüceyrə köçürülməsi və sair aktual mövzular müzakirə olunub.