Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan xalqının ən yeni tarixində qəhrəmanlıq səhifəsi – 20 Yanvar

Azərbaycan xalqının ən yeni tarixində qəhrəmanlıq səhifəsi – 20 Yanvar

Bakı, 20 yanvar, AZƏRTAC

1988-ci ildə azərbaycanlıların doğma yurd yeri olan Qərbi Azərbaycandan (indiki Ermənistan), eləcə də İrəvandan, Vedidən, Göyçədən, Dərələyəzdən, Ağbabadan, Şörəyeldən, Zəngəzurun qərbindən kütləvi şəkildə deportasiyası başlanıldı. Nəticədə Ermənistan SSR-də yuva salmış terrorçu daşnakların hərbi və siyasi təzyiqləri altında Qərbi Azərbaycandan 250 min nəfərdən artıq azərbaycanlı öz doğma el-obasını tərk etməyə məcbur edildi, 300-ə yaxın yaşayış məntəqəsi boşaldıldı və viran edildi. Daşnakların Qarabağ iddiası isə xalqımızın səbir kasasını daşdırdı. Azərbaycan xalqı öz haqq səsini ucaldanda isə imperiya ordusunun qanlı əməli ilə üzləşdi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı növbəti qanlı tədbiri 1990-cı ilin yanvar ayında həyata keçirildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. Onun sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet müstəmləkə rejiminin ordusuna qarşı mübarizə aparan Azərbaycan xalqının ən yeni tarixində qəhrəmanlıq səhifəsi yazıldı: “Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi əsasında Bakıya yeridilən qaniçən imperiya ordusu həmin gün dinc sakinləri qətlə yetirdi. Bu qanlı əməllərinə görə Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa Məhkəməsi) cavab verməli olan M.Qorbaçov Bakıda həyata keçirdiyi Qanlı Yanvar faciəsindən qısa müddət keçəndən sonra Nobel Sülh mükafatına “layiq” görüldü. Nobel Sülh mükafatının azərbaycanlıları qətlə yetirmək üçün Bakıya ordu yeridən diktatora təqdim edilməsi bu mükafatın verilməsində ədalət prinsipinin nəzərə alınmadığını sübut edir. Ermənipərəst mövqeyi ilə tanınan və xaricdəki erməni lobbisinin varlı nümayəndələrindən müxtəlif “hədiyyələr” alan M.Qorbaçov bunun müqabilində azərbaycanlılara qarşı kütləvi qırğın planını xüsusi qəddarlıqla həyata keçirdi. M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini kobud şəkildə pozaraq qeyri-qanuni olaraq Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Yenə onun xüsusi göstərişi əsasında SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və DTK-nın təxribat qrupları Bakı istiqamətində irəliləməyə başladılar. Qanlı Yanvar hadisəsini məhz bu qüvvələr törətdi. Bakıya yeridilən imperiya ordusuna azərbaycanlıların müstəqil dövlətçilik ideyalarını, Qarabağda erməni separatizminə son qoyulması barədə səsləndirdikləri kütləvi nümayişləri dağıtmaq, həmçinin Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasına şərait yaradan milli azadlıq hərəkatını qan içində boğmaqla, dinc və sadə xalqın gözünü qorxutmaq üçün qırğın törətmək tapşırılmışdı. SSRİ DTK-nın “Alfa” xüsusi təxribat qrupu əvvəlcə 4-cü Ordunun qərargahında, daha sonra isə Azərbaycan DTK-nın binasında yerləşdirilmişdi. Bu xüsusi təyinatlı qrup tərəfindən Azərbaycan DTK-nın əməkdaşları da təlimatlandırıldı və onlara bu qırğının törədilməsi barədə məlumat verilərək, bunun SSRİ rəhbərliyinin xüsusi tapşırığı olaraq milli azadlıq hərəkatının Azərbaycanın ittifaqdan çıxması ilə nəticələnəcəyi, bunun isə SSRİ-nin “bütövlüyü” üçün ciddi təhlükə olacağı bildirildi”.

R.Əlizadə bildirib ki, 1990-cı il yanvarın 19-da axşam saatlarında SSRİ DTK-nın xüsusi tapşırıqla göndərdiyi şəxslər öz iyrənc planlarını həyata keçirməyə başladılar: Həmin gün saat 19:27-də “Alfa” təxribat qrupu tərəfindən Azərbaycan Televiziyasının enerji bloku partladıldı və respublikanın bütün ərazisində televiziya verilişlərinin yayımı dayandırıldı. Bundan sonra M.Qorbaçovun fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanından xəbəri olmayan dinc əhalinin üzərinə imperiya qoşunları yeridildi. Bakıda və onun ətrafında olan ərazilərdə qan su yerinə axıdıldı. Şəhərə müxtəlif zirehli texnikalarla, o cümlədən tanklarla hücuma keçən imperiya ordusu yolboyu, eləcə də Xırdalan və Bakı-Sumqayıt şosesində hərəkətdə olarkən dinc sakinləri atəşə tutur, sakinlərə aid avtomobillərin üzərindən keçərək içərisindəki insanları məhv edirdi. Yanvarın 20-də səhər saat 7:00-da radio ilə fövqəladə vəziyyət haqqında məlumat elan ediləndə artıq 100 nəfərdən çox dinc sakin qətlə yetirilmişdi. Sovet ordusunun törətdiyi bu qırğın nəticəsində Bakıda və onun ətrafında, həmçinin Lənkəran və Neftçala rayonlarında ümumilikdə 147 nəfər qətlə yetirilmiş, 744 nəfər isə yaralanmışdı. Təcili yardım maşınlarının gülləbaran edilməsi nəticəsində yaralıların bir çoxu xəstəxanalara vaxtında çatdırılmadığından onların həyatını xilas etmək mümkün olmamışdır. Bu faciə zamanı həlak olanlar arasında ahıl yaşında olan qocalarla yanaşı, həkimlər, polislər, müəllimlər, alimlər, hətta körpə uşaqlar da var idi”.

“Qanlı Yanvar hadisəsindən dərhal sonra, 1991-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev ilk dəfə bu faciəyə siyasi qiymət verdi. O, həmin gün verdiyi bəyanatda Azərbaycan xalqına qarşı törədilən bu qəddar cinayətə görə faciəni törədən şəxsləri, əsasən də M.Qorbaçovu kəskin şəkildə ittiham edərək qaniçən ordunun təcili surətdə Bakıdan çıxarılmasını tələb etdi. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim qalacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq. Əslində Qanlı Yanvar Azərbaycan xalqının milli oyanış düşüncəsinin və müstəqillik ideyasının işğalçı imperiya ordusu üzərində parlaq qələbəsi idi. Azərbaycan xalqının apardığı milli azadlıq mübarizəsi məhz bu hadisədən sonra dünyada işğalçı imperiyalara qarşı mübarizə aparan digər xalqlar üçün nümunə oldu və Qafqaz regionunun ən yeni tarixində müstəqil dövlətçilik ideyasına təkan verdi”, - deyə Ramin Əlizadə qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb