ELM VƏ TƏHSİL
“Azərbaycanca Vikipediya”da Olqerd Kriçinski haqqında məqalə yerləşdirilib
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, “Azərbaycanca Vikipediya”da AXC-nin ədliyyə nazirinin müavini, diplomat Olqerd Kriçinski haqqında məqalə yaradılıb. Məqalə ilə https://az.wikipedia.org/wiki/Olqerd_Kri%C3%A7inski linkində tanış olmaq mümkündür.
O.Kriçinski 1884-cü il okytabrın 22-də Vilnüsdə doğulub. Qardaşı Aslan Kriçinski Polşanın və Azərbaycanın görkəmli ictimai xadimi olub.