İnstitut direktoru: Muzeylərin təşkil olunması üçün ən optimal yer Qarabağdır
Bakı, 23 may, AZƏRTAC
“Bu gün reallaşan ən maraqlı işlərdən biri Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyimiz Qarabağda muzeylərin yaradılması məsələsidir”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev söyləyib.
Qarabağda ciddi yenidənqurma işlərinin aparıldığını xatırladan direktor deyib: “Arxeoloji parkların, abidələrin ətrafında muzeylərin təşkil olunması üçün ən optimal yer Qarabağdır. Düşünürəm ki, burada ən önəmli hissə məktəblilərin diqqətini cəlb etməkdir. Onların arxeoloji qazıntılarda iştirak etməsi və aşkar olunan materialların bərpasını müşahidə etməsi vacibdir. Həmçinin xalqımızın qədim həyat tərzi ilə ünsiyyətini təşkil edən intellektual layihələrin həyata keçirilməsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]