CƏMİYYƏT
Növbəti Tekla Festivalı bu dəfə Mingəçevir şəhərində keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17164800324700439935_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164800323670543635_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164800325891165429_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716480032826937574_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164800323128058084_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17164800323081126947_1200x630.jpeg)
Bakı, 23 may, AZƏRTAC
Bu günlərdə Mingəçevir STEAM Mərkəzində “Women In Tech” Azərbaycan nümayəndəliyi ilə İsveç İnstitutu və İsveçin ölkəmizdəki səfirliyinin əməkdaşlığı çərçivəsində və “STEAM Azerbaijan” mərkəzinin dəstəyi ilə Tekla festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi 11-15 yaşlı qızların texnologiya sahəsinə təşviq etmək idi.
Tekla festivalı qızların müxtəlif mövzularla məşğul ola bilmələri və texnologiya sahəsində özlərinə inamını artıra bilmələri üçün şən və yaradıcı bir mühiti təmin edir.
Tədbir 3 hissədən ibarət idi:
-Tərəfdaşlar tərəfindən qızlar üçün “micro bit” ilə vurma cədvəli və addım ölçmə ustad dərsləri;
-STEAM və texnologiya sahəsinin mütəxəssislərinin iştirakı ilə “Uğurlu və xoşbəxt qızları necə böyütmək olar?” mövzusunda panel müzakirəsi;
-İsveçdən dəvət olunmuş xüsusi qonaq Hakimə Şirəlizadənin nitqi.
Festival İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzsonun salamlama nitqi ilə açılıb.
Səfirdən sonra D.Nağıyev adına 9 nömrəli tam orta məktəbin direktoru Fərqanə Niyazova və “Women In Tech” Azərbaycan nümayəndəliyinin tərəfdaşı Leyla Hacıyeva çıxış ediblər.
“Women In Tech” Azərbaycan nümayəndəliyinin tərəfdaşı Leyla Hacıyevanın moderatorluğu və “Start IT” şirkətinin direktoru Azər Sanılının, “Azərbaycan-Gürcüstan-Türkiyə Mühəndislik” meneceri Nigar Cəlilovanın, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayevanın, “Maestro School” kursların təsisçisi Mədinə Paşayevanın iştirakı ilə valideynlər üçün panel müzakirəsi keçirilib.
Müzakirə zamanı isə qızlar yuxarıda qeyd olunan ustad dərslərinə qatılıblar.
Tədbirin 3-cü hissəsində İsveçdən dəvət olunan həmyerlimiz “Erikson” şirkətinin icma rəhbəri Hakimə Şirəlizadə “Tedx Talk” formatında öz uğur hekayəsi ilə qızlar və valideynlər qarşısında çıxış etdi.
Çıxışından sonra festivala qoşulan qızlara səfirlik tərəfindən İsveç uşaq yazıçısı Astrid Lindqrenin “Uzuncorab Peppi”, “Balaca və damda yaşayan Karlson” və “Lönneberqalı Emil” kitabları və diplomlar təqdim edilib.
Növbəti Tekla Festivalı 2025-ci ildə keçiriləcək.