Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda “EY ilin iş adamı” müsabiqəsinin qalibi açıqlanıb

Bakı, 27 aprel, AZƏRTAC

“EY Azərbaycan” (“Ernst & Young”- EY) şirkəti tərəfindən Azərbaycanda ilk dəfə keçirilən “EY ilin iş adamı™” müsabiqəsinin qalibi elan edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, KOBİA-nın strateji tərəfdaşlığı ilə keçirilən “EY ilin iş adamı” müsabiqəsinə BP və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib.

Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Müsabiqəyə kənd təsərrüfatı, mebel, tikinti, dəmir məmulatları, boru, şüşə istehsalı, neft-qaz sənayesi, onlayn biznes və sair sahələrdə fəaliyyət göstərən onlarla kiçik və orta sahibkar müraciət edib. Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 12 güclü namizəd arasından müəyyənləşib.

Pandemiya ilə bağlı mükafatlandırma mərasimi onlayn formatda keçirilib. Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli kateqoriyalar üzrə nominantları elan ediblər. Beləliklə, aqrar sahədə dayanıqlı inkişaf kateqoriyasında “Geotelmal Aqro” şirkətindən Rasim Əliyev, regional inkişaf nominasiyasında “Woodpecker” şirkətindən Əliyar Əliyev, innovasiyalar kateqoriyası üzrə “GoldenPay” şirkətindən Fərid İsmayılzadə və sosial təsir nominasiyası üzrə “Prometal” şirkətindən Rüfət Əzizov təltif olunublar. “HORECA” şirkətinin təsisçisi və rəhbəri Rəşxan Qaraşlı isə “EY ilin iş adamı” müsabiqəsinin qalibi elan olunub. O, “İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq.

“Müsabiqəni təşkil etdiyi üçün EY şirkətinə və tərəfdaşlarına minnətdarlığımı bildirirəm. Bu müsabiqə müəssisələrin daha çox uğur qazanması üçün stimul yaradır. Ümid edirəm ki, bir çox startap şirkətləri gələcəkdə bu yarışda iştirak edəcək və bu, onlara bazarda layiqli yer tutmalarına kömək edəcək. Biz də artıq müəyyən dərəcədə tanınan bir şirkət kimi yerli bazarda ilk addımlarını atan yeni şirkətlərə dəstək olmağa hazırıq”, - deyə R.Qaraşlı bildirib.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov bildirib: “Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY ilin iş adamı” müsabiqəsinin mükafatlandırma mərasiminin ölkəmizdə 25 aprel - Sahibkarlar Gününə təsadüf etməsi əlamətdar haldır. Müsabiqə dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq platformasıdır və sahibkarlıq düşüncə tərzinin təşviq edilməsi və sahibkarların motivasiya edilməsi baxımından əlverişli imkan yaradır. KOBİA bu tədbirin hər il təşkil edilməsini sahibkarlığın inkişafı istiqamətində əhəmiyyətli təşəbbüs kimi dəstəkləyir, müasir dövrün çağırışlarına uyğun olaraq yeni sahibkarlıq rol modelinin formalaşdrılması üçün birgə əməkdaşlığı zəruri hesab edir”.

“EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev qeyd edib: “Ölkəmizdə uğurlu iş adamlarının sayı az deyil, lakin həqiqətən təqdirəlayiq bir şirkət yaratmaq üçün siz gözlənilməz halları aradan qaldırmağı və müxtəlif çətinliklərlə üzləşməyi bacarmalısınız. Əminəm ki, məqsədyönlü və çeviklik nümayiş etdirən sahibkarlarımız bu böhrandan sonra ayağa qalxa biləcək, yaşanan çətinliklərə baxmayaraq yenilik və inkişafı dəstəkləməyə davam edəcəklər. EY şirkəti kiçik və orta sahibkarlığın inkişafına töhfə verən 2020-ci ilin “EY ilin iş adamı” müsabiqəsinin təşkilindən qürur duyur".

“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Yerli müəssisələrin sahibkarlıq uğurlarını və böyümək üçün atdıqları addımları tanıyan "EY ilin iş adamı" müsabiqəsinin məqsədi bizim yerli tədarük zəncirinin inkişafına kömək etmək səylərimizlə tam uyğundur. Bu mötəbər müsabiqəni dəstəkləməyə imkan yaratdığı üçün EY şirkətinə təşəkkürümü bildirirəm və dünyanın ən güclü sahibkarları arasında Azərbaycanın nümayəndəsini də görməyi səbirsizliklə gözləyirəm".

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbas İbrahimov bildirib: “Ölkəmizdə ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsinin keçirilməsi çox gözəl bir təcrübədir. Bu, iş adamları üçün faydalı olacaq, onlara öz potensiallarını reallaşdırmaqda kömək göstərəcək. Biz də, Azərbaycan Beynəlxalq Bankı olaraq bu müsabiqə layihəsinə məmnuniyyətlə sponsorluq dəstəyi göstərdik. Çünki real sektorun inkişafı, eləcə də kiçik və orta sahibkarlığın inkişafına dəstək bizim üçün vacib istiqamətlərdən biridir. Azərbaycan Beynəlxalq Bankı bu yöndə ardıcıl tədbirlər həyata keçirir. Bank iş adamlarını bir araya gətirmək üçün hətta özünün “Sahibkarlar Klubu”nu da yaradıb. Biz hər zaman sahibkarlarımızın yanındayıq”.

Qeyd edək ki, “Ernst & Young” şirkəti tərəfindən təsis edilmiş “EY ilin iş adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY ilin iş adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını təşviq etməkdir. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY ilin iş adamı" 60-dan artıq ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir