İQTİSADİYYAT
Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106 faizini təşkil edir
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106 faizini təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində ilk dəfə olaraq keçirilən Xəzər İnnovasiya Konfransında deyib.
O bildirib ki, Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68 faizində kompüter mövcuddur. Simsiz genişzolaqlı internet istifadəçilərinin nisbəti 73 faiz təşkil edir.