Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr keçirilib
Bakı, 21 may, AZƏRTAC
Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda quraşdırılacaq seysmik stansiyalarla bağlı növbəti müzakirələr aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, Amerika və Ukraynadan olan tərəfdaş qurumların nümayəndələrin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycan tərəfdən mərkəzin baş direktorunun elmi işlər üzrə müavini, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, Ukrayna Elm və Texnologiya Mərkəzinin qrant layihəsi hesabına Azərbaycanda daha 22 yeni seysmik stansiya quraşdırılacaq. Həmin stansiyalardan 12-i Abşeron yarımadasındakı palçıq vulkanlarının ətrafında, 10 seysmik stansiya isə respublikanın ayrı-ayrı bölgələrində olacaq. Bununla da Azərbaycanda seysmik stansiyalar şəbəkəsi genişlənəcək və onların ümumi sayı 84-ə çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]