Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gəlib
Moskva, 19 may, AZƏRTAC
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar. Azərbaycan Hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.
Qeyd edək ki, mayın 20-də rəsmi səfər çərçivəsində Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva