Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV “LİDER” YARIMDALMA ÜZƏN QAZMA QURĞUSU İLƏ TANIŞ OLMUŞDUR

Avqustun 7-də Azərbaycanın Baş naziri İlham Əliyev ötən ay istifadəyə verilmiş “Lider” yarımdalma üzən qazma qurğusu ilə yaxından tanış olmuşdur.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və “Keppel Fels” korporasiyasının prezidenti Lim Çi On Baş nazir İlham Əliyevi səmimiyyətlə qarşıladılar . Baş nazirə məlumat verildi ki, ARDNŞ-in, “LUKoyl” və “Keppel Fels” şirkətlərinin yaratdıqları “Kaspian Şhipyard Kompani” müştərək müəssisəsinin gərgin əməyi nəticəsində inşa edilən, ümumi dəyəri 250 milyon dollar olan, müasir avadanlıqla təchiz olunmuş bu möhtəşəm qurğu ilə dənizin 75 metrdən 1025 metrədək dərinliyində 9144 metrədək kəşfiyyat quyuları qazmaq mümkündür.

Baş nazir müstəqil ölkəmizin iqtisadiyyatında, Prezident Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində çox böyük əhəmiyyəti olacaq, Azərbaycan sektorunun və bütövlükdə Xəzərin dərin yerlərində neft və qaz yataqlarının kəşfi üçün nəzərdə tutulan nəhəng və dünyada təkrarı olmayan qazma qurğusunun bütün parametrləri və imkanları ilə yaxından tanış oldu.

Qurğunun inşası 2001-ci ilin avqustunda başlanmış və nəzərdə tutulduğundan 2 ay qabaq qurtarmışdır. Onun inşasında iştirak edən mütəxəssislərin 80 faizi azərbaycanlılar olmuşdur. Xəzər dənizində suyun dərin hissələrində yerləşən “Alov”, “Şərq”, “Zəfər”, “Məşəl”, “Savalan” və sair kəşfiyyat blokları üzrə qazma işlərini sürətləndirmək üçün tikilən qazma qurğusu EksonMobil, ŞevronTexaco, KonokoFillips və Total şirkətlərinin birgə səyləri ilə yaradılmışdır. O, üç illik qazma proqramının yerinə yetirilməsindən ötrü nəzərdə tutulmuşdur və Xəzər dənizində işləyəcək çoxsaylı qurğulardan birincisi olacaqdır.

X X X

Qurğu ilə tanışlıqdan razı qaldığını vurğulayan Baş nazir İLHAM ƏLİYEV jurnalistlərə müsahibə verdi.

SUAL: İlham müəllim, “Lider” yarımdalma qurğusu ilə tanışlıq sizdə hansı təəssüratı yaratdı?

CAVAB: Çox gözəl təəssürat bağışlayır. Nəhəng bir qurğudur. Xəzər dənizində analoqu olmayan yarımdalma qazma qurğusudur. Əlbəttə, bu qurğu Azərbaycan xalqına uzun illər xidmət edəcəkdir. Suyun böyük dərinliyində qazma işlərini aparacaq və əminəm ki, Azərbaycan üçün yeni neft yataqlarını kəşf edəcəkdir.

SUAL: İlham müəllim, mətbuatda Prezident Heydər Əliyevin Klivlendə getməsi ilə bağlı informasiyalar verildi. İstərdik, bu məsələyə müəyyən aydınlıq gətirəsiniz, vəziyyət necədir?

CAVAB: Vəziyyət belədir ki, cənab Prezident dünən təyyarə ilə Klivlendə uçdu və bu gün Bakı vaxtı ilə hardasa gecə saat 3-4 radələrində oraya çatdı. Mən də dərhal bu barədə məlumat aldım ki, cənab Prezident Klivlend xəstəxanasındadır. Hər şey də qaydasındadır.

SUAL: Geri dönməsi nə zaman gözlənilir?

CAVAB: Əlbəttə, onu gərək həkimlər desinlər. İndi Klivlenddə hələ ki, gecədir. Bir neçə saatdan sonra müayinə başlanacaq və ondan sonra nəsə demək mümkün olacaqdır.

SUAL: İlham müəllim, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan sizi səfərə dəvət edibdir. Siz bu səfəri reallaşdıracaqsınızmı?

CAVAB: Bəli, əlbəttə, mən o dəvəti məmnunluqla qəbul etdim. Hörmətli Baş nazir cənab Ərdoğan mənimlə telefon söhbətində də bu dəvəti etmişdi. Ondan sonra bu, təbrik məktubunda da öz əksini tapmışdır. Mən də ona bildirdim ki, böyük məmnuniyyətlə yaxın günlərdə çalışacağam ki, qardaş ölkəyə səfər edim.

SUAL: İlham müəllim, Prezidentin diaqnozu ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məlumatlar yayılır. Qabırğasının sınması ilə bağlı, ümumiyyətlə, vəziyyəti necədir?

CAVAB: Özünü yaxşı hiss edir. Əlbəttə, qabırğalarının sınması cənab Prezidentin ümumi fiziki vəziyyətinə təsir edir. Yəqin siz də bunu hiss edirdiniz. Bir də ki, o, tam sağalmadan işə başlamışdı. Əlbəttə, bu, həkimlərin məsləhətlərinə zidd addım idi. Amma ümumiyyətlə, vəziyyəti normaldır. Lakin müəyyən bir müalicəyə ehtiyac var.

SUAL: Cərrahiyyə əməliyyatının aparılacağı barədə də məlumat var?

CAVAB: Bu barədə müxtəlif möhtəkirliklər ola bilər. Mən bir şey deyə bilmərəm. Hesab edirəm ki, buna ehtiyac olmayacaqdır. Əgər ehtiyac olarsa, orada çalışan həkimlər çox yüksək peşəkarlığa malikdirlər, bu, ediləcəkdir. Amma bu günə qədər belə bir ehtiyac yoxdur.

SUAL: İlham müəllim, məlumatlar yayılır ki, seçkilər ərəfəsində müxalifət ölkədə çaşqınlıq yaratmaq məqsədi ilə müxtəlif addımlar atmaq istəyir. Dünən bəyan elədilər ki, respublikanın bütün şəhər və rayonlarında etiraz aksiyalarına başlamaq haqqında qərar veriblər. Bu barədə nə deyərdiniz?

CAVAB: Bilirsiniz, bu, məni maraqlandırmır. Onların etiraz aksiyaları göz qabağındadır. Bu aksiyalara iki-üç mindən çox adam gəlmir, gələnlərin də yarısı pul alandan sonra çıxıb gedir. Yəni belə bir hərəkətlər nə məni, nə də hökuməti, iqtidarı narahat etmir və etməyəcək də. Hesab edirəm ki, müxalifət gərək daha çox öz təbliğatı ilə məşğul olsun, seçkiqabağı kampaniyada iştirak etsin. Mənim onlara məsləhətim budur. O ki qaldı kimi isə tanımaq, kimi isə tanımamaq məsələsinə, hansısa aclıq aksiyaları elan etməyə, bu, məndə yalnız gülüş doğurur. Mən bilirəm ki, aclıq aksiyasını elan edən şəxs axşam gedib öz kababını da yeyir, başqa şey də içir, səhər yenə də davam edir.

SUAL: İlham müəllim, ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərini lobbiçilik fəaliyyəti ilə məşğul olmaqda ittiham edirlər. Hətta bp kimi konkret adlar da çəkirlər. Buna münasibət necədir?

CAVAB: Hesab edirəm ki, bu, onların xarici neft şirkətlərinə qarşı növbəti təxribatıdır. Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri heç vaxt siyasi proseslərə müdaxilə etmirlər. Mən də köhnə vəzifəmdə, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışarkən onlarla söhbətimdə də dəfələrlə bunu israrla xahiş etmişdim ki, onlar siyasi proseslərdən kənarda durmalıdırlar. Onlar burada Azərbaycanın hökuməti ilə kommersiya işləri aparılması üçün müqavilələr imzalayıblar və fəaliyyətləri də məhz bu çərçivədə həyata keçirilməlidir. Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bizim birgə fəaliyyətimizin lap əvvəlindən bu günə qədər heç vaxt nə bp, nə də başqa xarici neft şirkəti siyasi proseslərə müdaxilə etməmişdir və etməyəcək də.

Müxalifətin onlara qarşı belə bir çirkin böhtanı istifadə etməsi də yeni deyildir. Bundan əvvəl də müxalifətin bəzi liderləri Azərbaycanda neft şirkətlərini təşvişə salmaqdan ötrü, çalışmaq üçün ki, onlar öz fəaliyyətini dayandırsınlar - müxtəlif ideyalarla çıxış edirdilər. Bəziləri deyirdilər ki, onlar hakimiyyətə gəldikləri təqdirdə Bakı-Tbilisi-Ceyhan layihəsini dayandıracaq, Azərbaycanın imzaladığı bütün müqavilələri ləğv edəcəklər. Buna oxşar hədələri neft şirkətlərinə ünvanlayırdılar. Amma çox şadam ki, Azərbaycanda işləyən böyük neft şirkətləri bu tezislərə, iddialara daim biganə qalmışdır. Yəni bir daha demək istəyirəm ki, burada heç bir lobbiçilikdən söhbət getmir və gedə də bilməz. Buna heç ehtiyac da yoxdur.

SUAL: İlham müəllim, Baş nazir seçilməyinizə reaksiyalar sizi razı salırmı və bu reaksiyalar qənaətbəxşdirmi?

CAVAB: Məni razı salır. Hesab edirəm ki, ümumiyyətlə, mənim fəaliyyətim üçün reaksiyaların o qədər də önəmli mənası yoxdur. Amma əlbəttə, mən bir insan kimi çox məmnunam ki, həmkarlarım, inkişaf etmiş ölkələrin hökumətlərinin başında duran şəxslər məni təbrik edirlər. Bu, mənim üçün çox xoşdur, böyük şərəfdir. Məni əsas maraqlandıran ölkə daxilindəki reaksiyadır. Mənim məlumatlarıma görə, bu da çox müsbətdir. Bu təyinat müsbət qarşılanıb, insanlarda arxayınçılıq hissi yaranıbdır.

Mən bilirəm, bizim xalqımızı düşündürən əsas məsələlərdən biri də odur ki, Azərbaycanda ictimai-siyasi asayiş qorunub saxlanılsın, sabitlik pozulmasın, hərc-mərclik, xaos yaranmasın. İnsanlarımız bundan çox ehtiyat edirlər. Əlbəttə, bu nöqteyi-nəzərdən bu təyinat, hesab edirəm, çox məqsədəuyğundur və düzgün təyinatdır. Ona görə bu reaksiya mənim üçün daha önəmlidir. Çox şadam ki, ümumiyyətlə, ictimaiyyət tərəfindən buna müsbət münasibət var.

SUAL: İlham müəllim, siz cənab Prezidentlə birgə seçkilərə gedəcəksiniz. Bu gün siz müxalifətdən olan və digər namizədləri özünüzə və Prezidentə rəqib görürsünüzmü?

CAVAB: Bilirsiniz, mən hesab edirəm ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. Şəxsi fikrim belədir ki, Azərbaycanda Heydər Əliyev tərəfindən həyata keçirilən siyasətə alternativ yoxdur. Bu, yeganə düzgün siyasətdir və öz nəticələrini verir. Azərbaycan inkişaf edir, qüdrətli dövlətə çevrilir. Azərbaycanda irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. İndi gördüyünüz kimi nəhəng qazma qurğuları tikilir. Ümumiyyətlə, Azərbaycan beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir. Ona görə hesab edirəm, Azərbaycanın gələcəyi naminə, gələcək inkişafı üçün bu siyasət gərək davam etdirilsin.

Şəxsən mən Prezident olmaq iddiasına düşən müxalifət nümayəndələrinin şanslarına nikbinliklə baxmıram. Hesab edirəm ki, cəmiyyətdə onların dəstəyi çox aşağı səviyyədədir. Amma eyni zamanda, hesab edirəm və siyasi etika da bunu tələb edir ki, hər bir namizədə gərək hörmətlə yanaşasan.

SUAL: İlham müəllim, siz ödənişsiz məzuniyyət götürdünüz ki, seçkilərdə iştirak edə biləsiniz. Maraqlıdır, Qarabağ problemi ilə bağlı İlham Əliyevin seçki platforması necə olacaqdır?

CAVAB: Mən dəfələrlə bəyan etmişəm, indi də demək istəyirəm ki, mənim prezidentliyə namizədliyim barədə təklifə razılıq verməyimin məqsədi ondan ibarətdir ki, cənab Prezidentin seçki kampaniyasında fəal iştirak edə bilim.

Əlbəttə, mənim mövqeyim də, platformam da, dünyagörüşüm də yalnız cənab Prezidentin həyata keçirdiyi siyasətin çərçivəsindədir. Burada hansısa əsaslı fərqlərdən söhbət gedə bilməz.

O ki qaldı Qarabağ məsələsinə, əlbəttə, mən fikirləşirəm ki, biz gərək çalışaq bunu sülh yolu ilə həll edək. Azərbaycan xalqı sülh istəyir, müharibə istəmir. Atəşkəs müddəti ərzində Azərbaycan çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıbdır. Əgər biz Ermənistanla müqayisə etsək, görərik ki, müddət orada tənəzzüllə müşayiət olunubdur. Bəzən mənə sual verirlər ki, müharibənin nəticələri nədir? Mən çox ciddi deyirəm, hesab edirəm, müharibənin nəticələri - bəlkə də bu, təzadlı səslənə bilər – Azərbaycanın xeyrinədir. Düzdür, Azərbaycan öz torpaqlarının müəyyən hissəsini itiribdir. Azərbaycanda bir milyondan çox qaçqın – köçkün var. Amma eyni zamanda, bu müddət ərzində, atəşkəs rejimi ərzində Azərbaycan həm siyasi səhnədə, həm də iqtisadiyyatda çox uğurlu addımlar atıbdır. Ermənistanla Azərbaycanın iqtisadi vəziyyəti arasındakı uçurum getdikcə dərinləşəcəkdir. Azərbaycan bir neçə ildən sonra qüdrətli, imkanlı bir dövlətə çevriləcəkdir. Ermənistanın isə elə bir perspektivi yoxdur. Onların perspektivi yalnız və yalnız hansısa xarici dövlətin ətəyindən yapışıb özlərinə gün ağlamaqdır ki, acından ölməsinlər. Ona görə hesab edirəm, indiki siyasət Azərbaycanda dəstəklənir və bizə imkan verəcək ki, sülh danışıqlarında istədiyimizə nail ola bilək. Yox, əgər gördük ki, bütün imkanlar artıq tükəndi, onda hesab edirəm, Azərbaycanın tam hüququ var ki, öz ərazi bütövlüyünü bərpa etmək üçün hər bir addımı atsın.

SUAL: İlham müəllim, siz Türkiyənin baş naziri ilə görüşəcəksiniz. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə toxunacaqsınızmı?

CAVAB: Bilirsiniz, hesab edirəm, bu məsələ bir az şişirdilir. Mən inanmaram ki, belə bir fikirlər, meyllər olsun. Əlbəttə, iki ölkəyə aid hər bir məsələ, o cümlədən bu məsələ də müzakirə olunacaqdır. Amma bu, elə ciddi məsələ deyil ki, sizə deyim ki, bu, gündəlikdə durur. Bu, bəzi dairələr tərəfindən süni şəkildə şişirdilir. Hesab edirəm, burada hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Türkiyə-Azərbaycan münasibətləri dostluq, qardaşlıq əsasında qurulubdur. Biz bir millət, iki dövlətik. Bizim aramızda yalnız və yalnız qarşılıqlı anlaşma, mehribanlıq, xoş niyyət əhval-ruhiyyəsi var və bundan sonra da hökm sürəcəkdir.

SUAL: İlham müəllim, Nazirlər Kabinetindəki çıxışınızda belə bir ifadə işlətdiniz ki, Artur Rasizadə Heydər Əliyevə sadiq adamdır. Sizcə indi hakim komanda daxilində bu sözü hamıya şamil etmək olarmı?

CAVAB: Mən bunu hamıya şamil edirəm. Hesab edirəm ki, Baş nazir kimi mənim əsas vəzifəm bundan ibarətdir ki, hansısa ayrı-seçkiliyə yol verməyim. Düşünürəm ki, bu, çox etibarlı komandadır. Onlar Heydər Əliyevə, onun siyasətinə sadiq insanlardır. Ona görə bunu qeyd etdim ki, istəyirəm, o insanlar da bilsinlər - mənim onlara münasibətim müsbətdir. Hərə öz işində rahat, sakit işləsin və heç bir şayiəyə, təxribata uymasınlar.

Bilirsiniz, indi müxalifətin fəaliyyətinin bir istiqaməti də ondan ibarətdir ki, iqtidar daxilində hansısa ziddiyyətlər yaratsınlar, kimi kiminsə əleyhinə qaldırsınlar, müxtəlif şayiələr yaysınlar və s. Hesab edirəm ki, bizim iqtidarda təmsil olunan insanlar buna əhəmiyyət verməməlidirlər. Şəxsən mən buna əhəmiyyət vermirəm. Müxalifət mətbuatını oxumuram və hesab edirəm, əgər onları heç kim oxumasa, belə bir təəssürat yaranar ki, onlar ümumiyyətlə yoxdurlar. Azərbaycanda Heydər Əliyevin tərəfindən yaradılmış vahid komanda var və mən də o komandanın bir üzvüyəm.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb