Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün Azərbaycanda bayramdır. Azərbaycan üçün, ölkəmiz üçün iki mühüm hadisə baş verir. Professor Əziz Əliyevin adını daşıyan tanker istismara verilir, eyni zamanda, Azərbaycanda gözəl Yaxt-klub açılır. Hər iki hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.

Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti son illər ərzində çox yüksək səviyyəyə qalxıbdır. Gəmiçilik tərəfindən həyata keçirilən böyük tədbirlər öz əyani nəticələrini verməkdədir. Çox sevindirici haldır ki, gəmiçilik öz vəsaiti hesabına öz donanmasını yeniləşdirib, yeni avadanlıq alınır, o cümlədən yeni gəmilər, tankerlər alınır. Mənim üçün çox əzizdir ki, bu tanker görkəmli dövlət xadimi, gözəl alim, qayğıkeş həkim, mənim babam Əziz Əliyevin adını daşıyır.

Belə gəmilərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarının verilməsi çox müsbət haldır. Gəmiçilik tərəfindən alınan birinci gəmiyə maestro Niyazinin adı verilib, ondan sonra alınacaq tankerin adı “Cəlil Məmmədquluzadə” olacaqdır. Bilirəm ki, Gəmiçiliyin planlarında digər iri tankerlər alınması da vardır. İnanıram ki, onlara da Azərbaycanın tarixində mühüm rol oynamış şəxslərin adları veriləcəkdir.

Bu tankerin istismara verilməsi, hesab edirəm, təkcə Gəmiçilik üçün deyil, bütün iqtisadiyyatımız üçün çox önəmli bir hadisədir. Bu, Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. Heydər Əliyevin neft strategiyası çoxşaxəlidir, çox istiqamətlərdən ibarətdir. Təbii ki, ilkin mərhələdə əsas vəzifə Azərbaycana xarici sərmayə gətirmək, Azərbaycanın bütün maraqlarını nəzərə almaq və qorumaq şərti ilə xarici şirkətlər üçün gözəl şərait yaratmaq və beləliklə, ölkəmizdə neft sənayesini canlandırmaq idi. Bu mərhələ uğurla başa çatdı və artıq Azərbaycan adambaşına düşən xarici sərmayələrin qoyuluşuna görə MDB ölkələri arasında birinci yerlərdədir.

Azərbaycan neft hasil edən elə ölkədir ki, onun dünya bazarlarına açıq çıxışı yoxdur. Belə olan halda, təbii ki, neft kəmərlərinin tikilməsi zəruridir. Çox çətin bir şəraitdə, iqtisadi, siyasi və digər çətinliklərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyevin iradəsi ona imkan verdi ki, Azərbaycan qısa bir müddət ərzində bir neçə neft kəmərinin tikilməsinə nail oldu. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri vasitəsilə Azərbaycan nefti dünya bazarlarına çatdırılır. İndi isə Bakı-Tbilisi-Ceyhan kimi nəhəng, irimiqyaslı, dünya üçün önəmli neft kəməri çəkilməkdədir. Heydər Əliyevin neft strategiyasının təntənəsi budur.

Bu strategiyanın bir tərkib hissəsi də Azərbaycanı tranzit ölkəyə çevirməkdən ibarət idi. Çünki Azərbaycan neft-qaz hasil edən ölkəyə çevrilib, gələcəkdə çıxarılacaq neftin həcmi 50 milyon tona çatacaqdır. Bəlkə, ondan da çox olacaqdır. Amma, eyni zamanda, Azərbaycan öz coğrafi vəziyyətindən istifadə edərək, başqa ölkələr üçün tranzit ölkəyə çevrilir.

Əlbəttə, bu tankerin əsas vəzifəsi Xəzər dənizinin şərqində yerləşən yataqlardan çıxarılan nefti Bakıya çatdırmaqdır, ondan sonra neft Şərq-Qərb dəhlizi vasitəsilə dünya bazarlarına göndəriləcəkdir. Bu işlər getdikcə daha da genişlənəcəkdir. Artıq Qazaxıstan ilə gələcək əməkdaşlıq haqqında danışıqlar aparılıbdır. Danışıqların nəticələri çox müsbətdir və yaxın gələcəkdə, yəqin ki, Qazaxıstandan və başqa ölkələrdən Azərbaycan vasitəsilə daşınan yüklərin, o cümlədən neft məhsullarının, xam neftin həcmi artırılacaqdır.

Ümumiyyətlə, Azərbaycanda nəqliyyat infrastrukturu genişlənir, güclənir. Əlbəttə, bunun əsas səbəbi ondadır ki, Azərbaycanın iqtisadiyyatı çox sürətlə, hərtərəfli inkişaf edir. Nəqliyyatla bilavasitə məşğul olan idarələr, qurumlar, şirkətlər yeni pilləyə qalxıblar. Dəmir Yolu İdarəsində çox müsbət dəyişikliklər baş verir, çox böyük işlər görülübdür. Dübəndi neftdoldurma terminalı tikilib istifadəyə verilibdir. Yüzdən artıq sistern alınıb istifadəyə buraxılıbdır. Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Astara, Bakı-Dərbənd sərnişin qatarları istifadəyə verilibdir. Lokomotiv deposunda gözəl təmir-bərpa işləri aparılıbdır. Dəmir-beton şpallar zavodu istifadəyə verilibdir və digər işlər görülübdür. Bütün bunlar Azərbaycan üçün lazımdır, vacibdir. Əminəm ki, gələcəkdə də işlər bu istiqamətdə davam etdiriləcəkdir.

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin xətti ilə böyük işlər görülübdür. Bakının hava limanı ən müasir standartlara cavab verən şəkildə tikilib istifadəyə verilibdir. Yerli xətlərlə məşğul olan qurum işini çox yüksək səviyyədə saxlaya bilib və Bakıda köhnə hava limanının inzibati binası və aerovağzal kompleksi demək olar ki, tamamilə sökülərək, əvəzinə yeni müasir bina tikilib istifadəyə verilibdir.

Naxçıvanda yeni aerovağzal kompleksi və hava limanı tikilir. Prezidentin göstərişi ilə inşa olunan hava limanı ən yüksək standartlara cavab verəcəkdir. Eyni zamanda, orada dünyada ən böyük təyyarələrin, o cümlədən yük təyyarələrinin qalxıb-enməsinə imkan verən uçuş zolaqları olacaqdır. Bu da təbiidir. Çünki blokada şəraitində yaşayan, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan daim cənab Prezidentin diqqət mərkəzindədir və hökumət də daim oraya diqqət göstərir və bundan sonra da göstərəcəkdir.

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin xətti ilə iki “Boinq-757” təyyarəsi alınıbdır. İndi vertolyot parkı yeniləşdirilir. Fransadan ən müasir vertolyotlar alınır ki, bunlar da Azərbaycanda həm neftçilərə xidmət edəcək, həm də müvafiq qurumlara gözəl kömək olacaqdır.

Azərbaycanda avtomobil yolları kreditlər, daxili imkanlar vasitəsilə yeniləşir, təzə yollar salınır. Bakı-Qazax avtomobil yolu Gürcüstan sərhədinədək ən yüksək səviyyədə inşa edilir. Gələcəkdə Bakı-Astara yolunun inşası nəzərdə tutulur. Başqa yollar da ən yüksək, müasir standartlara uyğun şəkildə təmir olunacaq və yenidən tikiləcəkdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda nəqliyyat infrastrukturu güclənir, yeniləşir və əlbəttə, bu, ölkəmiz üçün çox vacib bir amildir, gələcəyimiz üçün çox mühüm bir haldır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi layihəsinin iştirakçısıdır və bu dəhliz vasitəsilə artıq böyük işlər görülübdür. Eyni zamanda, Şimal-Cənub dəhlizinə də qoşulmaq niyyətindəyik. Hesab edirik, bu da ölkəmizə böyük uğurlar gətirəcəkdir.

Bir sözlə, Heydər Əliyevin siyasəti, müdrikliyi, uzaqgörənliyi bizə imkan verib ki, XX1 əsrin əvvəllərində Azərbaycan dünya üçün mühüm neft-qaz hasil edən ölkəyə çevrilib, eyni zamanda, mühüm tranzit məntəqəsinə çevrilibdir.

Əziz dostlar, biz bu gün idman qurğusunun da açılışını edirik. Bu gözəl Yaxt-klub idmançıların sərəncamına verilir. Hesab edirəm ki, təkcə yelkənli qayıq idmanı növü üzrə federasiyasının nümayəndələri deyil, eyni zamanda, digər idman növləri ilə məşğul olanlar bu gözəl Yaxt-klubdan səmərəli istifadə edəcəklər. Bu da ən yüksək müasir, dünya standartları səviyyəsində yaradılmışdır. Ümumiyyətlə, Azərbaycanda son illər ərzində görülən bütün işlər yüksək səviyyədədir.

Azərbaycanda idman inkişaf edir, bundan sonra da inkişaf edəcəkdir. Gözəl maddi-texniki baza yaradılır. İdmançılarımız beynəlxalq yarışlarda çox böyük nəticələr göstərirlər, ölkəmizi təbliğ edirlər, bayrağımızı qaldırırlar. Mən buna görə onlara minnətdaram. Mən federasiyalara minnətdaram ki, onlar Milli Olimpiya Komitəsinin təşəbbüsünü dəstəkləyərək, özləri də müvafiq idman qurğuları tikməyə başlayıblar. Biz bu gün yelkənli qayıq idmanı növü üzrə federasiyanın idman kompleksini açırıq.

Bundan əlavə, Azərbaycanda taekvondo, voleybol, həndbol, otüstü xokkey, stend atıcılığı və başqa federasiyalar da özləri üçün müvafiq idman kompleksləri tikirlər. Bu, çox müsbət haldır. Əminəm ki, digər federasiyalar da bu təşəbbüsə qoşulacaqlar. Beləliklə, Azərbaycanda qısa müddət ərzində idmanda böyük bir dönüş yarada bildik. Hesab edirəm ki, bizim gözəl imkanlarımız var ki, Azərbaycan qarşıdan gələn Afina yay Olimpiya oyunlarında da yüksək nəticələr qazana bilsin. Mən buna əminəm. Bizim idmançılarımızın nəticələri bunu göstərir. Qısa müddət ərzində idmançılarımız bir neçə növ üzrə dünya çempionu olublar. Bu, çox müsbət haldır. Əlbəttə, bu, bizim hamımızın - Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, müvafiq federasiyaların, idmançıların, onların məşqçilərinin işinin nəticəsidir. Mən çox şadam ki, Azərbaycanda idmana cavabdeh olan bütün qurumlar vahid komanda şəklində çıxış edirlər. Əminəm ki, bundan sonra da belə olacaqdır. İdmançılarımız gələcəkdə də idman yarışlarında Azərbaycanın şərəfini daim yüksək tutacaqlar.

Mən bir məsələyə toxunmaq istəyirəm. Bəlkə də bunun yeri deyil, amma istəyirəm fikrimi sizə çatdıram. İndi biz prezident seçkiləri ərəfəsindəyik. Əlbəttə, hər bir namizəd üçün imkan verilib ki, öz fikrini camaata çatdırsın. Bu, çox müsbət haldır. Amma arzum budur ki, hərə gördüyü işlər haqqında danışsın. Başqa adamların gördüyü işləri öz adına çıxmasın.

Dünən namizədlərin biri fərəhlə deyirdi ki, 1992-ci ildə guya onların səyləri nəticəsində Nazim Hüseynov Olimpiya çempionu olubdur. Nazim Hüseynov buradadır. O, doğrudan da 1992-ci ildə Olimpiya çempionu olubdur. Amma inanmıram ki, bir ay hakimiyyətdə qalan insanların buna köməyi dəysin. Təklifim budur ki, hərə gördüyü işlərə görə qiymət almalıdır. Sabah ola bilər, deyəcəklər ki, bu Yaxt-klubun da təməlini onlar 1992-1993-cü ildə qoyublar. Necə ki, indi deyirlər ki, Bakı-Ceyhanın təməlini, sən demə, 1993-cü ildə onlar qoymuşlar. Nə Bakı-Ceyhan haqqında, nə cüdo idman növü haqqında, ümumiyyətlə, onların təsəvvürü belə yoxdur. İdman nədir, onlar bilmirlər. Təəssüf edirəm ki, müxalifətdə on il qalmalarına baxmayaraq, sivil, mədəni, siyasi mübarizə üsullarını qavraya bilməyiblər.

Nazim Hüseynov görkəmli idmançıdır, 1992-ci ilin yayında, avqust ayında çempion olmuşdur. O vaxtkı iqtidar iki ay ondan əvvəl hakimiyyətə gəlmişdi, iki ayda Nazimi belə gözəl hazırlamışdılar? Eyni zamanda, onunla birlikdə gimnast üzrə Belenki var idi. Moskvada olur.

Əlbəttə, idmançının idman ömrü uzun olmur, qısa olur. Nazim də idmanı tərk etdi.

Mən Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlayanda Nazimi qiyabi olaraq tanıyırdım, onun haqqında eşitmişdim. Onu dəvət etdim, idmana qaytardım, ona gözəl şərait yaratdım. Onun yaşayış şəraitini yaxşılaşdırdım. Onu bizim milli yığma komandaya təhkim elədim və o, bütün məşqlərdə öz nüfuzundan, peşəkarlığından istifadə edərək, milli komandaya böyük töhfə verir, böyük xidmət edir. İşlə təmin olunmasında kömək etdim.

Bilirəm, indi onun arzusu var. Bir idman bölməsi, yəni, cüdo üzrə bir məktəb yaratsın. Bu istiqamətdə də ona kömək göstəriləcəkdir. Nazim mənim təklifimlə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü seçilibdir. Mən bunların heç birini bu vaxta qədər deməmişdim və deməyəcəkdim də. Çünki bu, mənim borcumdur. Milli Olimpiya Komitəsinin prezidenti kimi mənim borcumdur. Təkcə indi yarışlarda iştirak edən idmançılara yox, ilk növbədə, veteran idmançılara, xüsusilə, Azərbaycanın şöhrətini qaldıran idmançılara qayğı göstərmək mənim borcumdur və mən də bunu edirəm.

Çünki mən başa düşürəm ki, onların idman ömrü qısa olur. İdmanla məşğul olan dövrdə bütün səylərini qoyur, özlərini, bütün qəhrəmanlığını göstərirlər. İdmandan gedəndən sonra bəzi hallarda unudulurlar. Amma bizdə, Azərbaycanda unudulmurlar. O cümlədən Nazim də unudulmur. Onun qələbəsini öz xidməti kimi təqdim edən insanlara məsləhətim odur ki, doğrudan da getsinlər kiməsə əl tutsunlar. Hansısa daşı daş üstünə qoysunlar. Azərbaycan üçün bir faydalı iş görsünlər. Təəssüflər olsun ki, biz bunları hələ görmürük.

Əziz dostlar, bir sözlə, bu gün Azərbaycanda çox gözəl bir gündür, idman bayramıdır. İki gözəl hadisə baş veribdir. Bu Yaxt-klub eyni zamanda şəhərin, Bakının sakinləri üçün də açıq olacaqdır. O, Bakının memarlığına da gözəl bir töhfədir. Hər tərəfdən, daxildən də, bayırdan da görürsən ki, Yaxt-klub çox gözəl memarlıq üslubu ilə tikilmişdir. Mən hər ikisinə - tankerə də, bu Yaxt-kluba da uğurlar arzulayıram. Azərbaycanın gələcəyi çox gözəl olacaqdır. Mən bu gələcəyə nikbinliklə baxıram. Azərbaycan hərtərəfli, sürətlə inkişaf edir, iqtisadiyyatımız yüksəlir. Siyasi müstəvidə, beynəlxalq aləmdə ölkəmiz böyük uğurlar əldə edibdir və əminəm ki, bundan sonra da əziz cənab Prezidentin rəhbərliyi altında biz yeni qələbələrə, yeni uğurlara doğru birlikdə gedəcəyik. Sağ olun.

X X X

Mərasimdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, Baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb