Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN “VAŞİNQTON POST” QƏZETİNƏ MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Bakıda ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzetinin əməkdaşları Syuzan Qlosser və Yuliya Solovyovaya müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

Jurnalistlər əvvəlcə İlham Əliyevi Baş nazir təyin olunması münasibətilə təbrik etmiş, müsahibə üçün vaxt ayırdığına görə təşəkkürlərini bildirmişlər.

SUAL: Birinci sualımız Prezidentlə bağlıdır. O, müayinə və müalicəsini davam etdirmək üçün Birləşmiş Ştatlara gedəcəkmi?

CAVAB: Doğrudur, o, müalicəsini Birləşmiş Ştatlarda Klivlenddə davam etdirməyi planlaşdırır. Mənə elə gəlir ki, bu, doğru qərardır, çünki onu orada tanıyırlar. Mən əminəm ki, orada onun mümkün qədər tez sağalmasını təmin edəcəklər.

SUAL: Hazırda aldığı müalicə nədir? Sınmış qabırğaların müalicəsidir, yoxsa başqa bir şey?

CAVAB: Əlbəttə ki, qabırğası zədələndikdən sonra Prezidentin ümumi vəziyyəti də bizim istədiyimiz səviyyədə deyildir. Xüsusilə də bu ixtiyar yaşda hər hansı bir zədənin sağalması vaxt aparır. Prezidentin də xarakteri belədir ki, işdən kənarda qalmağa alışmayıb və o hadisədən sonra işə başlaması bir qədər tez olmuşdur. İndi səhhəti möhkəmləndirmək lazımdır və əminəm ki, onu artıq 4 il tanıyan həkimlər əllərindən gələni edəcəklər ki, buna nail olunsun.

SUAL: Ürəyində də problemlər var?

CAVAB: Bəli, 1987-ci ildən ürəyində problem olub, ilk dəfə infarkt keçirib, 1999-cu ildə Klivlenddə ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır.

SUAL: Yaxın gələcək haqqında danışsaq, Prezident burada olmadığı müddətdə siz hökuməti gündəlik idarə edəcəksiniz?

CAVAB: Hər şeydən əvvəl, mənim təyinatım o deməkdir ki, Prezident Heydər Əliyevin Azərbaycanda 1993-cü ildən bəri apardığı siyasət davam etdiriləcəkdir. Bu, bizim ölkə üçün çox vacibdir. Çünki, keçmişdə bizim çətin anlarımız olub - qeyri-sabitlik, qarmaqarışıqlıq vaxtları, vətəndaş müharibəsi, iqtisadiyyatın tamamilə dağılması. Bütün bunları geridə qoymaq üçün olduqca çox vaxt və səylər tələb olundu. Ona görə də cəmiyyətin əsas məqsədi sabitliyi qorumaq və aparılan siyasətin dəyişilməsinə yol verməməkdir. Düşünürəm ki, parlamentin mənim təyinatıma razılıq barədə qərarının əsasında da məhz bu fikirlər, düşüncələr, bu məqsədlər dururdu.

Əlbəttə, mən çalışacam bacardığımı edim ki, indiyədək əldə olunanların hamısı nəinki qorunub saxlansın, həm də hökumət iqtisadi islahatlar sahəsində bu vaxtadək əldə etdiyimiz nailiyyətləri daha da artırsın. İqtisadiyyat sahəsində uğurlarımız çoxdur, Azərbaycana milyardlarla dollar sərmayənin yatırılmasına müvəffəq olmuşuq.

Xarici sərmayənin cəlb olunması sahəsində keçmiş SSRİ ölkələri içərisində aparıcı mövqedəyik. Neft və qaz sektorunda yaxşı infrastruktur yaratmağa müvəffəq olmuşuq. Üstəgəl, cəmiyyətin demokratikləşdirilməsi prosesi davam etməkdədir. Bu da olduqca mühüm məsələlərdən biridir. İqtisadiyyatın inkişafı ilə yanaşı, demokratiyanı da inkişaf etdirmək vacibdir. Mən əminəm ki, üzümüzə gələn seçkilər ədalətli, demokratik şəraitdə keçəcəkdir. Baş nazir kimi mən də seçkilərin bu cür keçməsini təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan gərək siyasi və iqtisadi cəhətdən güclü, demokratik ölkə olsun. Bu, bizim ümumi məqsədimizdir. Bəlkə də, sizin hazırladığınız sualların çoxuna artıq cavab verdim.

SUAL: Əlbəttə, seçkilər mövzusu gündəlikdədir. Siz də, atanız da prezidentliyə namizəd kimi qeydə alınmısınız. Sizlərdən kimin seçkilərdə iştirak etməsi ilə bağlı qərar nə vaxt qəbul olunacaqdır? Yəqin, atanıza qarşı olmaq istəməzsiniz?

CAVAB: Bəli, doğru deyirsiniz. Əslində, mənim namizədliyim irəli sürülən kimi bəyanat verdim ki, seçkilərdə iştirak etməyəcəyəm. Özümün namizədlər arasına daxil edilməyimə ona görə razı oldum ki, Prezidentin seçki kampaniyasında daha fəal iştirak etmək istəyirəm. Şübhəsiz, mən istənilən halda seçki kampaniyasında iştirak edəcəkdim. Amma bu status mənə daha çox imkan açır. Mənə elə gəlir ki, qərarın nə vaxt qəbul ediləcəyi barədə söhbət etmək bir qədər tezdir. Əminəm ki, Prezident seçkilərdə iştirak edəcəkdir. İctimaiyyətin əhval-ruhiyyəsindən, yalnız yerli deyil, beynəlxalq qurumların da keçirdiyi sorğulardan görünür ki, Prezident olduqca böyük üstünlüyə malikdir, əhalinin böyük əksəriyyəti ona səs vermək fikrindədir. Buna görə də onun bir daha yenidən seçilmək imkanı da çox böyükdür.

SUAL: Amma, eyni zamanda, həm də mümkündür ki, o, qərar qəbul etsin ki, bu dəfə seçkilərdə iştirak etməsin. Elədirmi?

CAVAB: Bu, onun qərarından asılı olacaqdır. Amma mən düşünürəm ki, belə şey olmayacaq, o, seçkilərdə iştirak edəcəkdir.

SUAL: Yəqin ki, Azərbaycanda sizi tənqid edənlər də var. Müxalifət sizin təyinatınızdan sonra bir nəslin yaratdığı monarxiya haqqında danışır. Sizin onlara cavabınız necə olardı?

CAVAB: Əslində, mən hesab etmirəm ki, tənqidçilər çoxdur. Əksinə, eşitdiklərimiz, gördüklərimiz onu deyir ki, təyinat cəmiyyətdə rəğbətlə qarşılanıbdır. Azərbaycanda əhali ilk növbədə sabitliyin qorunub saxlanmasını istəyir. İnsanlar xüsusi biliyi, bacarığı, qabiliyyəti olmayan adamların yenidən hakimiyyətə gəlməsini ən pis hal kimi görürlər. Bu, əvvəllər baş vermişdir. Sizin dediyiniz müxalifət Azərbaycanda 1992-ci ildə hakimiyyətdə olub, amma bircə il tab gətiriblər. Hakimiyyətlərini bircə il qoruya biliblər, çünki idarəetmə üsulları ilə özlərini biabır ediblər. İndi isə budur, on ildir ki, çalışırlar Prezidenti tənqid, təhqir etsinlər. Yalnız Prezidenti yox, elə hökuməti də, hakimiyyətdə olan başqalarını da. Beləliklə, bu təyinatla bağlı tənqid, yalnız müxalifətdən gəlir.

Müxalifətə gəldikdə isə, onlar istədiklərini deyə bilərlər. Bütün hüquqi prosedura, Konstitusiyanın tələblərinə, hüquqi normalara riayət olunub, pozuntu yoxdur. Üstəgəl, onu da əlavə edim ki, İlham Əliyev Azərbaycan siyasətində yeni sima deyildir. Mən 1995-ci ildən Azərbaycan parlamentinin üzvüyəm, hakimiyyətdə olan partiya sədrinin birinci müaviniyəm. Bu təyinatadək 10 ilə qədər ARDNŞ-in birinci vitse-prezidenti, beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə cavabdeh şəxs olmuşam. Mən Azərbaycanın Olimpiya Komitəsinin prezidentiyəm. Bu, o deməkdir ki, bütün bunlar - həm ölkə daxilindəki, həm də beynəlxalq aləmdəki fəaliyyətim mənim bu vəzifəyə təyin olunmağıma əsas verir. Amma bir də onu deyim ki, müxalifət nə deyirsə, bu, məni o qədər də narahat etmir.

SUAL: Yəqin ki, bu illər ərzində atanız kimi, siz də müxalifət tərəfindən çox tənqidə məruz qalmısınız. Xüsusilə də, son bir neçə gün ərzində müxalifətin sizin atanızın artıq həyatda olmadığı ilə bağlı bəyanatlarına necə cavab verərdiniz? Bu, sizə toxunur və yəqin ki, sizi acıqlandırır.

CAVAB: Əlbəttə, təsəvvür etmək çətin deyil ki, bu, adamı hirsləndirməyə bilməz. Amma özümü məcbur edib, bu adamlara hirslənə bilmirəm. Elə bilirəm ki, belə şeyləri yazanlar insanlığa xas olan son hisslərini də itiriblər. Mən siyasi mübarizəni də, yenidən hakimiyyətə gəlmək istəyini də başa düşə bilərəm, amma hər şey sivil formada olmalıdır. Biz insanıq, başqa məxluq deyilik. Son iki-üç ay müddətindəki müxalifət qəzetlərinə baxsanız, hər gün yalan, təhqir, Prezidentin səhhəti ilə bağlı tamamilə qeyri-etik yazılar görərsiniz. Prezident ölkənin simvoludur. Xüsusilə də Heydər Əliyev kimi Prezident! Onu tənqid edənlərin fəaliyyəti nəticəsində parçalanmaqda olan, uçuruma sürüklənmiş ölkəni xilas edən Prezident!

Müxalifətdəki bu adamlara ən yaxşı cavab bizim praktiki işlərimiz, əməli addımlarımız ola bilər. Əgər geriyə, 1992-ci ilə, bu adamların, müxalifətin hakimiyyətdə olduğu zamankı Azərbaycana baxsanız və bugünkü günlə müqayisə etsəniz, böyük fərq görünəcəkdir.

Bu gün biz dünyada hörmət qazanmış ölkəyik. İnsanların həyat şəraitinin günbəgün yaxşılaşdığı ölkədir. Özü də bütün bunlar bizim əhalimizin1 milyonunun qaçqın-köçkün olduğu bir şəraitdə baş verir. Bildiyiniz kimi, Ermənistanın bizim ölkəyə qarşı təcavüzü nəticəsində ərazimizin bir hissəsi işğal olunmuşdur. Biz dünyada əhalinin sayı ilə müqayisədə, qaçqın-köçkünlərin ən yüksək faiz təşkil etdiyi ölkəyik. Hər 8 nəfərdən biri qaçqın-köçkündür, amma buna baxmayaraq, inkişaf prosesi gedir. Beləliklə, yenə deyirəm, onlara ən yaxşı cavab bizim fəaliyyətimiz, görülən işlərdir. Güclü iqtisadiyyat yaratmaq və güclü siyasi sistem qurmaq yolundakı xidmətlərimizdir.

SUAL: Bəzi müxalifət üzvləri bildirirlər ki, onlara hədə-qorxu gəlinir, onlar döyülürlər, həbs olunurlar və bu da sizin hökumətin razılığı ilə edilir. Bu, həqiqətdirmi?

CAVAB: Bu da həqiqətə uyğun deyil, onlar həbs onunmurlar, onlar azaddırlar. Özləri təhrik edirlər ki, onları həbs etsinlər. İndiki siyasətləri, -xüsusilə də başa düşdükdən sonra ki, sivil, demokratik yollarla hakimiyyətə gəlmək şansları yoxdur, - onların əlində olan yeganə mexanizm özlərini yazıq kimi qələmə verməkdir.

JURNALİST: Doğrudur.

İLHAM ƏLİYEV: Onlar çalışırlar ki, hüquq-mühafizə orqanları tərəfindən döyülsünlər, qorxudulsunlar. Amma mən əminəm ki, bizim hüquq-mühafizə orqanları onların planının həyata keçməsinə imkan verməyəcəklər. Ona görə də, gəlin, onların dediyinə görə yox, həqiqi hadisələr əsasında mühakimə yürüdək. Onların heç biri həbs olunmayıb, özlərini rahat hiss edirlər, hamısının əla yaşayış şəraiti var, siyasi fəaliyyətlərini davam etdirmək üçün şərait var. Ona görə də, yəqin, özlərini xoşbəxt sayırlar, vəziyyətdən razı olmalıdırlar. Bu, onların ən çox əldə edə biləcəkləridir. Sizə deyim ki, onlar bu siyasi mühitdən ayrılsalar, aralı düşsələr, cəmiyyətdə öz yerlərini tapa bilməyəcəklər. Bunun sübuta ehtiyacı yoxdur. Onların heç biri, təkrar edirəm, heç biri, - adbaad, ayrılıqda götürək, - hansısa bir sahədə özlərini heç bir cəhətdən büruzə verə bilməyib, heç biri ölkə üçün yaxşı bir iş görə bilməyibdir. Onlar küçələrdən gəliblər, bu da ki, ümumiyyətlə, bütün cəmiyyətin sovet sisteminə qarşı narazılıq dalğası fonunda baş vermişdir. O vaxt küçələrdə narazılıqlarını bildirən insan kütlələri yığışırdı, onların da ən zil səslə qışqıranları mövqe tutdular. Sizə deyə bilərəm ki, parlamentin keçmiş spikeri Qəmbərov, - hansı ki, indi özünü müxalifət lideri kimi qələmə verməyə çalışır, - 12 il müddətində elmi tədqiqat institutunda aspirant olaraq qalırdı. O, bu müddət ərzində elmi işin öhdəsindən gələ bilmirdi. İndi müxalifətdə olan, o vaxtkı baş nazir bir vaxtlar bazarda qarpız satırmış. Siyahını uzatmaq olar. Özünü müxalifət lideri sayan başqa birisi universitetdə SSRİ tarixi müəllimi idi.

Bu adamların ölkə idarə etmək təcrübəsi yoxdur və onların 1992-ci ildə idarəetmə dövrü bunu sübuta yetirdi. Onların bacarıqları, bilikləri, təcrübəsi yoxdur. Üstəgəl, cəmiyyətdən alacaqları dəstək də yoxdur. Cəmiyyət o dövrdəki böyük narahatlıqdan cana doymuşdur. Cəmiyyətə sabitlik lazımdır. İnsanlar iş istəyirlər, yaxşı maaş istəyirlər, uşaqlarını təhlükəsiz mühitdə böyütmək istəyirlər və indi bizim vəzifəmiz onlara bu şəraiti təmin etməkdir.

SUAL: Siz dediniz ki, atanızın siyasətini davam etdirməkdə maraqlısınız. Bu, əlbəttə ki, belədir. Amma heç kim eynilə digərinə bənzəyə bilməz. Elə ola bilərmi ki, siz başqa tip siyasətçi olasınız, atanızdan fərqlənəsiniz? Çünki, axı, sizin həyat təcrübəniz də müxtəlif olubdur?

CAVAB: Mən çalışacağam, bütün həyatım boyu çalışacağam ki, atam kimi görünüm. O, mənim üçün həmişə həyatımızın nümunəsi olubdur. Onun həyatının çox çətin dövrləri olub. Kommunist partiyası Siyasi Bürosunun üzvlüyündən, - bildiyiniz kimi, o, keçmiş SSRİ rəhbərliyində 8-9 adamdan biri idi, - kiçik, doğma Naxçıvan şəhərinə gəldi, elektrik enerjisinin olmadığı bir şəraitdə yaşamağa başladı. Orada qış ayları çox sərt olur. O, keçmiş sovet və Azərbaycan liderlərinin hücumlarına məruz qalmışdı. Sonra Azərbaycana yenidən rəhbərlik edəndə müxtəlif hakimiyyət çevrilişi cəhdləri olmuşdur. Ona qarşı terror cəhdləri olmuşdur. Bütün hallarda o, təkcə siyasətçi kimi deyil, həm də qorxmaz, igid adam kimi hərəkət etmişdir.

Hesab edirəm, bununla da gənc nəslə nümunə olmuşdur. Bax, buna görə də çalışıram ki, onun kimi görünüm. Çünki mənim üçün o, həmişə etalon olubdur. Ancaq siyasi fəaliyyət etalonu yox, şəxsi davranış etalonu olubdur.

SUAL: Siz elə bir vaxtda böyümüsünüz ki, sizə Sovet İttifaqının dağılmasını görmək nəsib olubdur. Yeni kapitalist münasibətləri ilə də tanışsınız. Əhalinin sizə dostyana münasibət bəsləyən hissəsi belə fikirdədir ki, sizin hadisələrə baxışınız daha liberal, daha demokratik yönümlü olacaqdır. Sizcə, bu, doğrudur?

CAVAB: Deyə bilərəm ki, bizim nəslin nümayəndələri, yəqin, əvvəlki nəslin nümayəndələrindən daha bəxtli olubdur. Sistem dağılarkən biz cavan idik. Biz fəal idik və yeni mühitdə özümüzə yer tapmaq gücündə idik. Sistem dağılarkən yaşı 50-60-a çatanlar, 1990-cı illərin əvvəllərində daha çox çətinlik hiss edirdilər. Amma Sovet İttifaqı dağılarkən, mən və mənim kimi həmkarlarımın, dostlarımın, yaşıdlarımın çoxu tamamilə yeni həyata başladıq. Çoxları özəl bizneslərini yaratdılar, mənim özüm 3 il özəl biznes sahəsində çalışdım. Şirkətlər qrupunu idarə edirdim. Beləliklə, bunun nə demək olduğunu bilirəm. Biznesmenliyin nə olduğu mənə məlumdur. Ona görə də biznes icmasının tələblərini asanlıqla başa düşə bilərəm.

Sizə deyə bilərəm ki, Azərbaycanda şəxsi biznesi həvəsləndirmək, sürətləndirmək sahəsində çox işlər görülübdür. Biznes mühitinin əlverişli olması üçün çox iş görülübdür. Biznesmenlərin işini asanlaşdırmaq üçün qərarlar qəbul edilmişdir. Bu sahədə Qərbin inkişaf etmiş ölkələri bizi yaxşı nümunə göstərirlər. Möhkəm orta təbəqə olarsa, kiçik və orta şirkətlər çoxsaylı və güclü olarsa, yaxşı nəticələr əldə edilə bilər. Elə bilirəm ki, hökumətin məqsədi, daha doğrusu, məqsədlərindən biri, qeyri-neft sahəsinin inkişaf etdirilməsi üçün daha çox iş görmək olacaqdır. Çünki, neft sahəsində bizim yaxşı təcrübəmiz var və yaxşı nəticələr əldə edirik. İşsizliyin azaldılması, qeyri-neft sahəsində yeni iş yerlərinin yaradılması, idxalın azaldılması məqsədi ilə yeni müəssisələrin işə salınması və bununla ixracın artırılmasına nail olunması, yəni, yerli məhsulun istehsalına təkan verilməsi, biznes icması üçün - həm xarici biznesmenlərin, həm də yerli iş adamlarının normal fəaliyyəti üçün şərait yaradılması ölkəni inkişaf etdirməyin yeganə yoludur.

Neft sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız yaxşı nəticələr vermişdir. Ehtiyat fondu kimi, 1 milyard dollardan artıq vəsait yığılıbdır. Neft Fondu yaradılıbdır. Bu Fond tamamilə şəffaf qurumdur. Burada auditi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nüfuzlu maliyyə qurumları tərəfindən keçirilir. Azərbaycan Böyük Britaniyanın Baş naziri Toni Bleyerin hasilat sahələrində şəffaflıq barədə təşəbbüsünün fəal iştirakçısına çevrilmişdir. Bu təşəbbüs nəticəsində qərara alınmışdır ki, bizim Neft Fondunun idarəçiliyi digər ölkələr üçün nümunə, örnək ola bilər. Bu cür fəaliyyət növləri neftə aid olmayan sahələrə də tətbiq edilə bilər və tətbiq də olunmalıdır. Əminəm ki, bunun da öhdəsindən gələ biləcəyik.

SUAL: Yenə də sizin tənqidçilərə qayıdaq. Bunu deyərkən təkcə ölkəmizdəki müxalifəti yox, sizi xaricdə tənqid edənləri də nəzərdə tuturuq. İllər boyu xaricdə bilməyiblər ki, Azərbaycan hökumətini necə adlandırsınlar. Bəziləri sizin atanızı diktator adlandırırdı. Yəqin, sizi gənc diktator adlandıran məqaləni oxuyandan sonra siz də məyus oldunuz. Siz özünüz hökuməti necə adlandırardınız, avtoritar sistem, tam demokratiya, yoxsa bunların arasında nə isə? Özünüz bu sistemi necə müəyyən edərdiniz və siz hansı sistemə ümid edirsiniz?

CAVAB: Ən əvvəl hesab edirəm ki, belə məqalələri, yazanlar çalışıb obyektiv olmalıdırlar. Başa düşürəm ki, belə məqalələrin çap olunması üçün müəyyən, necə deyərlər, sosial sifarişlər ola bilər. Azərbaycan elə ölkədir ki, bədbəxtlikdən onun təkcə dostları deyil, düşmənləri də var. Bizdə kifayət qədər məlumat var ki, bu məqalələrin arxasında bütün dünyada gücü ilə tanınan erməni lobbisi durur. Bizim torpaqlarımızın 20 faizini işğal edən Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini də davam etdirir. Ona görə də bu cür məqalələrin heç bir əsası yoxdur. Azərbaycan artıq demokratik cəmiyyət qurmaq seçimini etmiş ölkədir. Mən bununla bağlı sizə çoxsaylı misallar gətirə bilərəm. Azərbaycanın indiki hakimiyyəti dövründə, Prezident Heydər Əliyevin dövründə mətbuatda senzura aradan götürüldü. Yeri gəlmişkən, bu, əvvəl hakimiyyətdə, indi isə müxalifətdə olanların tətbiq etdiyi senzura idi. Ölüm hökmü ləğv edildi. Azərbaycan Avropa Şurasının üzvü oldu. Mən özüm Avropa Şurası Parlament Assambleyası sədrinin müavini oldum.

Bizim ölkə inkişaf yolunu seçibdir. 1993-cü ildə seçim yollarımız həddindən artıq çox idi. Qarşımızda digər ölkələrin də nümunələri var. Onlar başqa inkişaf yolu seçiblər. Bəlkə də o yol idarə etmək üçün daha asandır. Müxalifətsiz, azad mətbuatsız, söz azadlığı olmayan yol. Amma bizim seçimimiz belə olmadı. Biz Azərbaycanda demokratik cəmiyyət yaradılmasında dərindən maraqlı idik. İndi Azərbaycanda demokratik cəmiyyətin bütün elementləri mövcuddur. Amma 5-6 ilə demokratik sistem quran ölkə 200 illik demokratiya təcrübəsi olan ölkələrlə müqayisə edilə bilməz. Bu, reallıqdan uzaqdır. Biz isə realist olmalıyıq. Əlbəttə, bizim özümüzü tam qane etməyən, özümüzün xoşumuza gəlməyən məqamlar var, amma bu, təbiidir. Vacib olanı odur ki, biz vəziyyəti düzəltməkdən ötrü əlimizdən gələni edirik. Demokratik cəmiyyət qurulması bizim hökumətin ən öncül məqsədidir. Ona görə də mən Azərbaycanı keçid dövründə olan ölkə, demokratik ölkə adlandırardım. Daha çox demokratikləşməyə doğru irəliləyən ölkə adlandırardım. O demokratiya ki, biz onu Qərbi Avropa ölkələrində müşahidə edirik. Amma Azərbaycan bu mərhələdə həmin ölkələrlə müqayisə olunmamalıdır.

SUAL: Digər sovet ölkələri ilə müqayisə etmək daha düzgün olar?

CAVAB: Məncə, keçmiş sovet ölkələri, keçmiş sosialist blokunun ölkələri – bu, əvvəllər bizim hamımızın olduğu mühitdir. Yaddan çıxarmamalıyıq ki, Azərbaycan 70 il SSRİ-nin tərkibində olubdur və on ikinci ildir müstəqil ölkədir.

Müstəqil olduğu dövrdə də o qədər böyük problemlərlə üzləşib ki,-Ermənistanın təcavüzü, vətəndaş müharibəsi, bir neçə dövlət çevrilişi cəhdi - bütün bunların fonunda əldə edilənlər olduqca böyük uğurlardır.

SUAL: Sizə son 12 il müddətində şəxsi keçid dövrü ilə bağlı sual vermək istəyirik. Siz özünüz çox dəyişmisiniz. Siyasi fəaliyyətlə daha çox maraqlanırsınız. Bir cavan adam kimi, adınız bir sıra məqamlarla bağlanır, bilmirik, bu söhbətlər doğrudur, yoxsa yox?

CAVAB: Bu söz-söhbətin heç bir əsası yoxdur. Sizə deyə bilərəm ki, bu şayiələr müxalifət qüvvələri tərəfindən yayılıbdır. Məqsəd isə mənim adıma xələl gətirməkdir. Yəqin elə buna görə sual verirsiniz. Sizə deyim ki, 1995-ci ildən mənim həyatım ictimaiyyətlə bağlı həyat tərzidir. Parlament üzvü seçildikdən sonra sənin hər addımın, hər hərəkətin bütün cəmiyyətə məlumdur. Bütün həyatım boyu, uşaqlığın lap erkən çağından çalışmışam elə edim ki, öz hərəkətlərimlə atamı peşman etməyim. O, Azərbaycanın lideri olub, sovet sistemində tanınmış siyasətçi idi və siz bilirsiniz ki, sovet sistemi nə qədər ciddi idi. Ona görə də mən həmişə çalışmışam elə hərəkət edim ki, onun nüfuzuna xələl gəlməsin. Bu, həmişə mənim üzərimə əlavə məsuliyyət qoyurdu. Mən də məsuliyyət hiss edən adamam. İnsanlar nə istəsələr deyə bilərlər: qaraya ağ, ağa qara. Amma mənim adımla bağlı heç bir şayiənin, heç bir sözün əsasını, sübutunu tapmaq mümkün deyildir. Bütün sayiələr uydurmadır və müvafiq qurumlar tərəfindən ifşa edilmişdir.

Mən bu cür həyat tərzini şüurlu surətdə seçmişəm. Mən anlayıram ki, prezidentlərin ailələri, tanınmış adamların ailələri müxtəlif cür olur. Onların qarşısında geniş imkanlar olur. Bəziləri normal həyat tərzi seçir, sakit həyat tərzinə üstünlük verir, bəziləri ölkədən kənarda yaşayır, özlərini orada daha təhlükəsiz, daha yaraşıqlı mühitdə hiss etmək istəyirlər. Bəziləri isə valideynlərinə, onların işlərinə kömək etməyə üstünlük verirlər. Ümumiyyətlə isə, necə yaşamaq bir o qədər vacib deyil, əhəmiyyətlisi odur ki, sən nə iş görürsən və nə cür kömək edirsən? İnsanlar sənin haqqında nə düşünürlər? Sən yeni dövlətin quruculuğu işinə hansı töhfələri verirsən. Ona görə də dediyim kimi, bu seçimi şüurlu etmişəm və bundan heç vaxt heyfsilənmirəm və xoşbəxtəm ki, atamın başladığı işi davam etdirmək mövqeyindəyəm. Ümid edirəm ki, bu işi onunla birlikdə davam etdirəcəyik.

SUAL: Baş nazir təyin olunmazdan əvvəl atanız sizə nə dedi? Onunla söhbət edə bildinizmi?

CAVAB: Bu cür variant əvvəllər də müzakirə olunmuşdu.

SUAL: Bir neçə ay bundan əvvəl, yoxsa?..

CAVAB: Bir neçə ay bundan əvvəl. Amma qərarı ona görə indi verdi ki, belə fikirləşdi ki, bunu etməyin vaxtı gəlib çatıbdır. 20 gündən çoxdur ki, ölkədən kənardadır. Əlbəttə ki, hər şey nəzarət altındadır. Amma onun qərarı ilə razılaşmalıydım və mən etiraz etmədim.

SUAL: Siz bu haqda şəxsən danışdınız?

CAVAB:- Bəli, bəli. Mən həmin gün Ankarada, onun yanında idim. Mən buradan, Bakıdan onun yanına gedib-gəlirdim və əlbəttə ki, qərar çıxarılan vaxt mən orada idim. Sonra buraya gəldim və avqustun 4-də parlament bu qərara razılıq verdi.

SUAL: Belə çıxır ki, qərar həftənin 6-cı günü çıxarılıbdır.

CAVAB: Bəli.

SUAL: Prezident sizə nə dedi?

CAVAB: Dedi ki, sənə inanıram, inanıram ki, sən idarə edə biləcəksən. Məni bir qədər təriflədi, onun dediklərini, təkrarlamaq istəmirəm, yəqin bu, təvazökarlıqdan uzaq olar. Amma mən dedim ki, heç vaxt onun gördüyü işi heçə endirməyə yol vermərəm. Dedim ki, indiyə qədər fəaliyyət göstərdiyim bütün sahələrdə, həm ölkə daxilində, həm də ölkə xaricində onun siyasətini davam etdirməyə çalışmışam və söz verdim ki, onun işi davam etdiriləcəkdir.

SUAL: Birləşmiş Ştatlarla münasibətlərə gəlincə, təbii ki, oraya çox getmisiniz. Bir neçə ay əvvəl vitse-prezident Çeyni ilə görüşmüsünüz, Prezident Buşla da görüşmüsünüz. Onlar zəng edib sizi təbrik ediblər?

CAVAB: Yox, etməyiblər. Siz haqlısınız. Prezident Buşla Hyüstonda, o, Texas ştatının qubernatoru olarkən görüşmüşük, yaxşı görüşümüz oldu. O, səxavət göstərdi, bizi Texasın Ağ evində gəzintiyə çıxardı və mənə fəxri texaslı adı verdi. Buna görə, ona çox minnətdaram. Prezident seçilərində isə mən ona təbrik məktubu göndərdim və çox şadam ki, cavab məktubu da aldım. Cavab məktubunda deyilirdi: “Bir texaslıdan, digər texaslıya. Təbrikinə görə sağ ol”. Birləşmiş Ştatlara kifayət qədər tez-tez gedirəm. Son bir neçə il müddətində, yəqin 10-15 dəfə getmişəm. Hökumətdə, digər sahələrdə çalışan çoxsaylı dostlarım var, həmişə yaxşı görüşlərimiz olur. Çox zaman orada olarkən, qeyd etdiyiniz kimi, vitse-prezidentlə və ya milli təhlükəsizlik üzrə müşavirlə, energetika naziri ilə və digər rəsmilərlə görüşürəm.

Sizə deyə bilərəm ki, Birləşmiş Ştatlarla münasibətlər Azərbaycanın xarici siyasətinin ən öncül istiqamətlərindən biridir. Azərbaycan Birləşmiş Ştatların həqiqi müttəfiqi olduğunu ancaq sözdə deyil, praktiki addımlarla da nümayiş etdirdi və bu siyasət dəyişilməz qalacaqdır. Biz bu münasibətlərimizi daha da inkişaf etdirməkdə çox maraqlıyıq. Bu münasibətlərimiz bir sıra sahələri əhatə edir. Məsələn, ABŞ hökumətinin dəstəyi olmasaydı, nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi mümkün olmazdı. Biz bu işi illər boyu apardıq və indi xoşbəxtik ki, boru kəmərinin tikintisi başlanıbdır.

İşlər cədvələ müvafiq davam edir. Tikinti, yəqin ki, gələn ilin sonunda tamamlanacaqdır. Terrorizmə qarşı mübarizə sahəsində bizim yaxşı münasibətlərimiz vardır.

SUAL: Bəli, sizə bununla bağlı sual vermək istəyirdik.

CAVAB: Azərbaycan terrorizmdən əzab çəkmiş ölkədir. Biz terrorizmin nə olduğunu bilirik. Erməni terror təşkilatları tərəfindən Azərbaycana qarşı 30-dan artıq terror aktı törədilmişdir. Bu terror aktları nəticəsində 2000-dən artıq günahsız adam qətlə yetirilmişdir. Yəni, biz terrorizmdən əzab çəkməyin nə olduğunu bilirik. Ona görə də Birləşmiş Ştatlara qarşı dəhşətli terror hücumları həyata keçirilərkən Azərbaycan birinci olaraq öz dəstəyini ifadə etdi. Biz Birləşmiş Ştatların İraqda keçirdiyi əməliyyatları açıq dəstəkləyən ilk ölkələrdən olduq. Siz Birləşmiş Ştatları dəstəkləyən ölkələrin siyahısına baxsanız, orada çox ölkələrin adlarına rast gəlməyəcəksiniz. Bəlkə, 30 ölkənin adını görərsiniz. Bu məqamda, İraqda hər şeyin artıq geridə qaldığı mərhələdə, bəlkə də, çoxları deyər ki, bəli, biz də dəstəkləmişik. Amma hələ heç nəyin başlamadığı vaxtda dəstəyi ifadə etmək bizim düzgün mövqeyimizi, məsələni necə görməyimizi göstərir.

Yeri gəlmişkən, həmin siyahıda Ermənistanı görməyəcəksiniz. Əlbəttə, Birləşmiş Ştatlarda erməni lobbisi güclüdür və çalışır ki, Ermənistanı maraq mərkəzində saxlasın. Lakin milli lobbilərlə ölkənin siyasəti arasında fərq var. Beləliklə, biz ABŞ-la münasibətlərimizə böyük əhəmiyyət veririk və mən əminəm ki, bu münasibətlər gələcəkdə daha fəal, daha geniş olacaqdır.

SUAL: Şəxsi maraqlarınızla bağlı sual vermək istərdik. Yəqin bu təyinatdan sonra iş cədvəliniz daha sıx, daha gərgin olacaqdır. Siz bir çox xarici dillərdə danışırsınız, indi böyük iş başındasınız. Başqa maraq dairəniz nədən ibarətdir? İşləməyəndə nə ilə maraqlanırsınız?

CAVAB: Mən sizə dedim ki, bir sıra öhdəliklərim var. Parlamentdə, bizim partiyada, neft şirkətində, olimpiya komitəsində çalışıram, istəyirəm ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlim. Sizə deyə bilərəm ki, bütün sahələrdə qarşıma qoyulan məsələlərin hamısında yaxşı nəticələr əldə edə bilmişəm. Nə isə digər bir iş görməyə isə, sadəcə, vaxtım çatmır. Amma sərbəst vaxt olanda, çalışıram ki, onu ailəmlə birlikdə keçirim. Bundan savayı hansısa spesifik marağım yoxdur.

SUAL: Amma həm də idmançı görkəminiz var.

CAVAB: Bəli, mən idmanla məşğul olmuşam. Özümü formada saxlamağa çalışıram. Amma idmanla məşğul olarkən həmişə çalışmışam ki, qalib gəlim.

SUAL: Deyək ki, bundan 5 il sonra siz Prezident olursunuz. Siz Azərbaycanı necə görmək istərdiniz?

CAVAB: Mən elə bilirəm ki, insanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var. Çünki hakimiyyətdə olanın əsas vəzifəsi həmvətəninin özünü daha yaxşı hiss etməsi üçün işləməkdir. Baxmayaraq ki, bütün iqtisadi göstəricilərin artımına nail olmuşuq, - məsələn, ümumi daxili məhsulun həcmi son 6 ildə, təxminən 10 dəfə artmışdır, bu, çox yaxşı nəticədir, - hələ də insanların həyat şəraitini yaxşılaşdırmaq üçün görüləsi işlər çoxdur. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması qarşıda duran ümdə vəzifədir. Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlamasına beynəlxalq birliyin köməyi ilə son qoymaq vacibdir ki, Azərbaycanın 1 milyon qaçqın-köçkünü öz yerlərinə qayıda bilsin. Mən elə bilirəm ki, bu, baş verəcəkdir. Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm.

Amma, əlbəttə, çox şey bizim bu sahələrdə nə dərəcədə uğur əldə etməyimizdən asılı olacaqdır. Regional təhlükəsizlikdən çox şey asılı olacaq, bu, çox vacibdir. Bildiyiniz kimi, region təhlükəsiz məkan hesab olunmur, ona görə də Azərbaycanın gələcəyi haqqında düşünərkən, ölkəni əməkdaşlıq məkanı kimi görmək istəyirəm. Keçmişdə qarşıdurma kifayət qədər olub, bizə cəmiyyəti birləşdirmək lazımdır. Biz cəmi 8 milyonuq. Biz bir ola bilərik və bir olsaq, məqsədlərimizə də nail olacağıq.

JURNALİST: Müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqtisadiyyat naziri: Azərbaycanda sahibkarların bizneslə məşğul olmaları üçün çox yaxşı şərait yaradılır

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib

DİN: İyunun 27-də ölkədə qeydə alınan 42 cinayətin üstü açılıb

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib