Azərbaycanın energetika naziri Tbilisidə Ümummilli Liderin abidəsini ziyarət edib
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov oktyabrın 8-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Nazir, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.
Pərviz Şahbazovu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi