AZƏRBAYCANIN FİRAVAN GƏLƏCƏYİ VARDIR
BU FİKRİ ALMANİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ KLAUS QREVLİX DEMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Klubun prezidenti Telman Əliyev görüşü açaraq, Azərbaycan-Almaniya münasibətlərinin yüksələn xətlə inkişaf etdirildiyi bir vaxtda belə bir görüşün keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Səfir Klaus Qrevlix Azərbaycan-Almaniya münasibətlərinin genişləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat vermiş, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən, alman şirkətlərinin Azərbaycanın iqtisadi həyatında iştiraka üstünlük verməsindən danışmışdır. Diplomat əminliklə demişdir ki, yaxın illərdə Azərbaycanın qeyri-neft bölməsində iqtisadiyyat daha sürətlə və nizamlı inkişaf edəcəkdir. Klaus Qrevlix bu fikirlərini son vaxtlar ölkəmizin iqtisadi inkişafı ilə bağlı Prezident fərmanları və bu sənədlərdən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi ilə əsaslandırmışdır.
Səfir klubun üzvlərini və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]