Azərbaycanın gənclər və idman naziri “Pekin-2022”də ölkəmizi təmsil edən idmançılarımızla görüşüb
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov “Pekin-2022” Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Pekin-2022”də Olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov idmançılar üçün yaradılmış şərait barədə nazirə məlumat verib.
Fevralın 15-də mübarizəyə qoşulacaq idmançımız Yekaterina Ryabovanın hazırlığı ilə maraqlanan F.Qayıbov ona uğurlar arzulayıb.