Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Bakı, 13 noyabr, AZƏRTAC
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günündə milli komandanın iki üzvü rinqə çıxıb.
57 kiloqramda Əzrək Bəbirov Ariol Zeneli (Albaniya) ilə gücünü yoxlayıb. 1/8 finalda baş tutan döyüş Ə. Bəbirovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi rəqibini 5:0 (30:27, 30:26, 30:27, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda irlandiyalı Pirs Keri ilə qarşılaşacaq. Görüş noyabrın 16-da olacaq.
63,5 kiloqramda çıxış edən Cəlal Qurbanov da Avropa çempionatına qələbə ilə başlayıb. O, 1/16 finalda Bartlomey Roskovijlə (Polşa) döyüşüb və mərhələ adlayıb - 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). C. Qurbanov ikinci görüşünü noyabrın 14-də Aleksey Sendrikə (Serbiya) qarşı keçirəcək.
Qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan yığmasının daha 7 boksçusu mübarizəyə qoşulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]