AZƏRBAYCANIN İNDONEZİYADAKI SƏFİRLİYİNDƏ ADNA-NIN MƏZUNLARI İLƏ GÖRÜŞ OLMUŞDUR
Səfir İbrahim Hacıyev Bakıda təhsil almış indoneziyalıların xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəklərinə ümid etdiyini bildirmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən demokratik islahatlar, ölkəmizin iqtisadi yüksəlişi və beynəlxalq aləmdə artan nüfuzu, habelə qazanılmış uğurlar barədə məlumat vermişdir.
Diplomat Ermənistanın Azərbaycana hərbi təcavüzündən, Dağlıq Qarabağ problemindən, ölkəmizin rəhbərliyinin münaqişənin həlli istiqamətində gördüyü işlərdən söhbət açmışdır.
İ.Hacıyev bildirmişdir ki, keçmiş SSRİ dövründə Azərbaycanda neft, kimya sahələrində və digər sahələrdə 55 indoneziyalı təhsil almışdır. O, ADNA-nın indoneziyalı məzunlarının bu ölkənin neft və qaz sənayesinin inkişafına töhfələri barədə məlumatın toplanaraq, kitab şəklində çap olunmasını təklif etmiş, təhsil əlaqələrinin yenidən bərpasının zəruriliyini vurğulamışdır.
Görüş iştirakçıları İndoneziyada neft-qaz sənayesinin yaradılmasında Azərbaycan təcrübəsinin əvəzsiz rolunu qeyd etmişlər.
İ.Hacıyevin Azərbaycanda təhsil almış indoneziyalı məzunlar təşkilatının yaradılması təklifi yüksək qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:32]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [09:15]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]