MƏDƏNİYYƏT
Azərbaycanın istiqlal şairi Əhməd Cavad
![](/files/galleryphoto/2022/3/1200x630/16655806386055560502_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655806385119316737_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/166558063844775427_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655806385590963202_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16655806381208028503_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1665580638598808236_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müşfiqabad Mədəniyyət evində Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal şairi Əhməd Cavad” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə xorun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mədəniyyət evinin bədii rəhbəri Mətanət Cəfərova tədbir iştirakçılarını salamlayaraq istedadlı şair, publisist, jurnalist, xeyriyyəçi və Azərbaycan Demokratik Cümhuriyyətinin baş ideoloqlarından biri kimi yaddaşlara həkk olunan Əhməd Cavadın keçdiyi məşəqqətli həyat yolundan danışıb.
Şairə və bədii qiraətçilər Dursun Musayeva, Müşfiqə Baləddinqızı, Aidə Əhmədzadə, Qərənfil Piriyeva və 320 nömrəli tam orta məktəbin təlim üzrə müavini Sevda Zeynalova Ə.Cavad poeziyasından söhbət açıblar.
Tədbir zamanı “Aidə” Xalq kollektivinin üzvləri Xəyyam Nəbiyevin ifasında Ə.Cavadın sözlərinə yazılmış “Bismillah”, “Sən ağlama, mən ağlayım gözəlim”, Şamo Məmmədovun ifasında “Şükriyyə”, Vasiq Bahadurovun ifasında “Gəncədən gəlirəm” Əmir və Abilin ifasında “Azərbaycan” və digər mahnılar tədbirə xüsusi rəng qatıb.