Azərbaycanın kişi voleybolçuları Fələstin millisini hər üç setdə məğlub ediblər
Bakı, 16 may, A.İsmayılova, P.Rəhimova, AZƏRTAC
Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında voleybol yarışının “A” qrupunda yer alan Azərbaycan və Fələstin yığma komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, oyunun favoriti hesab olunan Azərbaycan millisi hər üç setdə rəqibinə böyük fərqlə qalib gəlib - 25:14, 25:17 və 25:12.