SİYASƏT
AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏDƏ RƏSMİ SƏFƏRDƏDİR
Bakı, 24 aprel (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev aprelin 23-də Türkiyəyə rəsmi səfərə getmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səfər Əbiyevin Türkiyəyə rəsmi səfəri bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlker Başbuğun dəvəti ilə həyata keçirilir.
Səfər zamanı regional təhlükəsizlik məsələləri, Türkiyə və Azərbaycan silahlı qüvvələri arasında mövcud hərbi-texniki əməkdaşlığın vəziyyəti və onun inkişaf perspektivləri müzakirə mövzusu olacaqdır.
Müdafiə naziri Səfər Əbiyevin Türkiyə Prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Köksal Topdan, Türkiyənin müdafiə naziri Vecdi Könül və Müdafiə Sənayesi Komitəsinin sədri Murad Bayarla görüşləri nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [18:50]
Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub
- 21.05.2024 [17:23]
ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb
- 21.05.2024 [16:48]
Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub
- 21.05.2024 [15:22]